European Youth Capital 2019 announced: Novi Sad, Serbia
Gündəlik
Birliyin gündəlik paylaşımları — tədbirlərdən anlar, elanlar və xəbərlər.
noyabr 2016
Gəncə Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Nizami yurdunda Dövlət Bayraq Günü münasibəti ilə III Bayraq Festivalı keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Millət Vəkilləri, Gənclər və İdman Nazirliyinin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi "Bayraq Meydanı"nda təşkil olunan tədbir ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında dediyi sitat ilə başlayıb. Festivalda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Dövlət Bayrağı haqqında video-çarx nümayiş edilib. Dövlət Rəqs Ansamblı qrupunun ifasında "Misiri", "Atəşgah" və başqa rəqslər ifa olunub. Gənc mügənni Xəyyam Mustafazadə Müslim Maqomayevin "Ey əziz anam, Azərbaycan" mahnısını ifa etdikdən sonra Prezident İlham Əliyevin Azərbaycan bayrağı haqqında söylədiyi sitat səslənib.
Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
#NationalFlagDay #FlagFestival #GanjaEuropeanYouthCapital2016 #Azerbaijan

Noyabrın 7-də Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Gənclərin Sağlamlıq Festivalı” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri fəal, sağlam həyat tərzinə həvəsləndirmək olub.
Festivalda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sevda Qurbanəliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, Olimpiya mükafatçıları Toğrul Əsgərov, Mövlud Mirəliyev, Hacı Əliyev, Rüstəm Orucov, Ramil Qasımov, karate üzrə Avropa Oyunlarının qalibi, 2014-cü il dünya çempionu Firdovsi Fərzəliyev və şəhər ictimaiyyəti iştirak edib.

Gəncədə “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktik konfransı keçirilir
Konfrans “Gəncə şəhərinin “2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı 24 fevral 2016-cı il tarixli 1805 nömrəli müvafiq Sərəncama əsasən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sərəncamın icrasını təmin etmək üçün təşkil olunan elmi-praktik konfransda Rusiya Federasiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri və Gəncə şəhəri ilə yanaşı ətraf rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları iştirak edirlər.

oktyabr 2016
Qırğızistan Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin XI Forumu keçirilib.
Forumda Azərbaycandan millət vəkillərindən, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov yaradılmış müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanması, eləcə də şəhərdə keçirilən beynəlxalq tədbirlər haqqında geniş məlumat verib. Bildirib ki, Gəncə bu gün Avropanın ən sivil şəhərləri ilə müqayisə olunacaq səviyyədədir.
Daha sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film forum iştirakçılarının diqqətinə təqdim olunub.
Sonda Gəncə Dövlət Filarmoniyasının muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər.
#ganjanews

2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncədə cari ilin 31 oktyabr - 5 noyabr tarixlərində keçiriləcək "II Azərbaycan Elm Festivalı"na Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universiteti təşkilati dəstək göstərir.
Əziz Gənclər!
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin 5 illiyi münasibəti ilə “Ən yaxşı sloqan” müsabiqəsini elan edir!
Müsabiqənin şərtləri:
- Sloqan 6 sözdən artıq olmamalıdır;
- Gənclər Fondunun fəaliyyətini özündə təcəssüm etdirməlidir;
- Mütləq “5 İllik”lə bağlı olmalıdır.
Sloqanlarınızı 01 Dekabr 2016-cı il tarixinədək 5il@ayf.az elektron ünvanına göndərə bilərsiniz.
Müsabiqənin qalibini Gənclər Fondu tərəfindən hədiyyə gözləyir!

*“Gəncə 2016- Avropa Gənclər Paytaxtı Kuboku” keçiriləcək
*2016 Avropa Gənclər Paytaxtında növbəti dəfə İntellektual oyun keçiriləcək.
Gəncə şəhərində növbəti dəfə intellektlərin yarışı keçiriləcək. Beləki, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Təhminə Cəfərovanın rəhbərliyi ilə fərdi layihə “Gəncə 2016- Avropa Gənclər Paytaxtı Kuboku” icra olunacaq. Layihənin əsas məqsədi Gəncə şəhərində Gənclərin təhsilə marağını artırmaq, intellektual inkişafına dəstək olmaq, onların asudə vaxtlarını təhsil yönümlü və faydalı təşkil etmək, gəncləri intellektli, dünyagörüşlü olmağa sövq edərək, gənc bilicilərimizi aşkar edib, həvəsləndirmək və cəmiyyətə təqdim etməkdir. Layihə rəhbəri Təhminə Cəfərovanın verdiyi məlumata görə “Gəncə 2016- Avropa Gənclər Paytaxtı Kuboku”nda ümumilikdə 20 komandanın, 120 nəfər gəncin iştirakı nəzərdə tutulub. Yarışda 18-29 yaş qrupunda intellektlər yarışacaq. Bütün iştirakçılara şəhadətnamələr, qalib komandaya isə kubok, medal və hədiyyələr təqdim olunacaq.
Layihənin əsas tərəfdaş qurumları Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan İntellektual Oyunlar Klubu, “Odlar Yurdu” və “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” İctimai Birlikləri, həmçinin “Qrinviç” Təhsil Mərkəzi MMC-dir.
Layihənin icrası cari ilin sentyabr ayından start götürüb və 3 ay müddəti əhatə edəcəkdir. Layihə çərçivəsində “Gəncə 2016- Avropa Gənclər Paytaxtı Kuboku”nun keçirilməsi noyabr ayına təsadüf edəcəkdir.
Layihədə iştirakçı olmaq istəyən komandalar 10 noyabr saat 18:00-dək aşağıdakı linkdən qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1QLi5PEowR65t…

Əziz gənclər,
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi təşkilatçılığı ilə 4 – 5 – 6 noyabr 2016-cı il tarixlərində Gəncə şəhərində “Qarabağ Münaqişəsi Müzakirədə” Forumu həyata keçiriləcək.
Qeydiyyat üçün linkə daxil olun: https://goo.gl/gmPz9B

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi olmuş “Mənim qısametrajlı FİLMİM” layihəsi çərçivəsində “Kino sənətində üçbucaq modeli” təlimləri keçiriləcək Təlimlər 2 günü nəzəri 2 günü praktiki olmaqla 4 gün davam edəcək. Təlimlər yekunlaşdıqdan sonra layihəyə cəlb olunmuş gənclər hər birində 10 nəfər olmaqla 2 komandaya ayrılacaqlar və komandalar öyrəndikləri bilikləri tətbiq etmək üçün qısametrajlı film və yaxud video-çarxlar çəkəcəklər. Layihənin yekunu olaraq ərsəyə gəlmiş videolar ictiamiyyətə layihənin tərəfdaşı olan “ZƏKA” Youth TV-nin youtube kanalı və sosial şəbəkələr vasitəsilə çatdırılacaq, eyni zamanda layihə iştirakçıları sertifikatla təltif olunacaqlar. Layihə Avropanın 2016 Gənclər Paytaxtı Gəncə şəhərində 3-6 noyabr tarixlərində həyata keçiriləcək.
Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/.../1FAIpQLSeQYR1vJOx…
Qeydiyyat üçün son tarixi 30.10.2016 saat 18:00
Layihə rəhbəri: Jalə Hacıyeva
Əlaqə vasitələri: Mob: (+994) 051 997 79 97
E-mail: j.hajisoy@gmail.com

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" proqramı çərçivəsində 10-14 oktyabr 2016-ci il tarixlərində Gənc Alimlər Şurasının ,Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gənc alim və mütəxəssislərin "21 əsrdə dünya elminə inteqrasiyası prosesləri" mövzusunda Beynəlxalq Gənclər Formu öz işinə başlamışdır.
Forumun məqsədi müxtəlif ölkələri təmsil edən gənc alimlərin qlobal fikir, eləcə də tarixi, dini, mədəni və s. məsələlərin fikir mübadiləsini etməkdir. Bundan əlavə, bu beynəlxalq tədbirin digər mühüm məqsədi dünya elminin inkişafı üçün mühüm elmi istiqamətlər üzrə müxtəlif elmi sahələrdə çalışan gənclərin müzakirələrə cəlb olunması və həll yolarının müzakirəsini təşkil etməkdir.
#ENG
On the occasion of the selection of Ganja as “European Youth Capital – 2016”, International Scientific Forum “Integration Processes of the World Science in the 21th Century” of young scientists and specialists that dedicated to the important event, will be holding in Ganja city on 10-14 October, 2016 by Council of Young Scientists and Specialists of Azerbaijan National Academy of Sciences (ANAS) and the Executive Power of Ganja city.
The Forum aims at exchange of ideas on global as well as historical, religious, cultural etc. issues by young people representing different countries all over the world. In addition, the other important goal of this international event is to organize a conference that provides discussions involving young people working in various scientific fields on crucial scientific directions for the development of the world science.

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Avropa Gənclər Festivalı keçirilib.
Festival çərçivəsində Qeyri Hökümət Təşkilatlarının sərgisi olub. Sərgidə Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə Milli Şuranın üzvü olan 13 gənclər təşkilatının sərgisi nümayiş olunub.
Sərgi zamanı gənclər təşkilatlarının nümayəndələri tərəfindən şəhər sakinlərinə və beynəlxalq iştirakçılara təşkilatlar haqqında ətraflı məlumat verilib, sərgiyə ziyarət edən qonaqları maraqlandıran suallar cavablandırılıb.
Festival çərçivəsində 20-ə yaxın ölkədən 80 nəfər nümayəndə iştirakçı olmaq hüququnu əldə etmişdilər.
Layihə: Avropa Gənclər Festivalı — Gəncə 2016 →

“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin Avropa Gənclər Festivalının rəsmi açılış mərasiminin ətraflı videosujeti
Təşəkkür edirik bizim ilə əməkdaşlıq edən bütün KİV-lərə.
http://tv.sia.az/az/reporting/567507
https://www.youtube.com/watch?v=hvs-tEcKBoQ
Layihə: Avropa Gənclər Festivalı — Gəncə 2016 →
Təşəkkür edirik bizim ilə əməkdaşlıq edən bütün KİV-lərə.
http://tv.sia.az/az/reporting/567507
https://www.youtube.com/watch?v=hvs-tEcKBoQ
“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin Avropa Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib.