Gündəlik

Birliyin gündəlik paylaşımları — tədbirlərdən anlar, elanlar və xəbərlər.

noyabr 2024
İnnovativ Bacarıqlar Mərkəzi
Hazırlıq Görüşləri! Əfsanəvi oyunlara hazırsınız? PUBG Mobile və Efootball Mobile üzrə xüsusi hazırlıq görüşlərinə siz də qoşulun!
Oyunlar və mükafatlar:
PUBG Mobile - 660 UC (Solo)
Efootball Mobile - 1040 Coin
Tarixlər:
Efootball Mobile: 23 noyabr, saat 19:00
PUBG Mobile: 24 noyabr, saat 19:00
Qeydiyyat linkləri:
PUBG Mobile: https://forms.gle/VmKYBYXfrFFPYf2d6
Efootball Mobile: https://forms.gle/tEKLLFjyoKubbKQY8
Canlı yayım: Hazırlıq görüşlərini izləmək üçün Kick kanalımızı ziyarət edin: kick.com/ibrahimrzazada
Hazırlıq mərhələsində bacarıqlarını nümayiş etdirmək və zirvədə yer almaq üçün fürsəti qaçırma!
#PUBGMobile #EfootballMobile #HazırlıqGörüşü #GamingEvent #PerformansZirvədə #CanlıYayım
Layihə: «Performans Zirvədə» — offline e-idman çempionatı →
İnnovativ Bacarıqlar Mərkəzi
Performans Zirvədə! Gəncə-Daşkəsən bölgəsinin ən böyük offline gaming çempionatı start götürür!
Oyunlar:
FC25
CS2
Pes 2021
Efootball Mobile
Valorant
Mortal Combat
PUBG Mobile
Qeydiyyat: 19 noyabr 2024 – 1 fevral 2025
Qeydiyyatdan keç: ibm_pu https://forms.gle/GpvWyvtcgH2BgPYdA
Dostlarını çağır, bacarığını göstər və zirvədə yer al!
#ESportsTournament #PerformansZirvədə #GamingEvent #OfflineÇempionat
Qeydiyyat linki : https://forms.gle/GpvWyvtcgH2BgPYdA
Layihə: «Performans Zirvədə» — offline e-idman çempionatı →
İnnovativ Bacarıqlar Mərkəzi
Yaşıl Əlaqələr layihəsinin uğurla başa çatdığı son gündən unudulmaz anlar! Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən bu layihə gənclərin ekoloji biliklərini artırmaq və yaşıl gələcəyə töhfə vermək məqsədini uğurla tamamladı.
Son günün məqamları:
Mütəxəssislərlə görüşlər və fikir mübadiləsi;
İştirakçıların hazırladığı layihə təkliflərinin təqdimatı;
Sertifikatların təqdim olunması mərasimi;
Refleksiya və bağlanış nitqləri.
Gənclərin yeni ideyaları və enerjisi ilə dolu bu gün, ekoloji hədəflərə nail olmaq yolunda yeni başlanğıc oldu. Layihəmizdə iştirak edən hər kəsə təşəkkür edirik!
#YaşılƏlaqələr #GənclərFondu #LayihəBağlanışı #EkolojiLayihə #YaşılGələcək
Layihə: «Yaşıl Əlaqələr — Green Connection» →
İnnovativ Bacarıqlar Mərkəzi
Yaşıl Əlaqələr layihəsinin üçüncü günündən maraqlı anlar! Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihəmizin bu günündə Yaşıl Şəhərlər Proqramı – Gəncə mövzusunu və EKO Turizm potensialını araşdırdıq.
Gənclərlə birlikdə şəhərlərimizi daha yaşıl və ekoloji dost mühitlərə çevirmək üçün yollar axtardıq, EKO turizmin yerli iqtisadiyyata və təbiətə olan faydaları barədə müzakirələr apardıq. Gələcəyə təmiz bir miras qoymaq üçün addımlarımızı birləşdiririk!
#YaşılƏlaqələr #GənclərFondu #YaşılŞəhərlər #EkoTurizm #Gəncə
Layihə: «Yaşıl Əlaqələr — Green Connection» →
oktyabr 2024
İnnovativ Bacarıqlar Mərkəzi
Yaşıl Əlaqələr layihəsinin ikinci günündən görüntülər! Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə davam edən layihəmizdə bu gün ekoloji məsələlərə dair əhəmiyyətli mövzulara toxunduq.
Mövzularımız:
UNEP və İqlim Dəyişikliyi: Çərçivə Konvensiyası və Tərəflər Konfransı - COP29 Bakı hazırlıqları;
Azərbaycanın iqlim dəyişikliyi və qlobal istiləşməyə qarşı həyata keçirdiyi dövlət siyasəti və proqramlar.
Gənclərimizlə bu önəmli məsələlər üzərində müzakirələr apardıq və təbiətə dair öhdəliklərimizi daha yaxşı anladıq.
#YaşılƏlaqələr #GənclərFondu #İqlimDəyişikliyi #COP29 #Azərbaycan
Layihə: «Yaşıl Əlaqələr — Green Connection» →
İnnovativ Bacarıqlar Mərkəzi
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə baş tutan Yaşıl Əlaqələr layihəsinin ilk günündən unudulmaz anlar!
İlk gündə iştirakçılarla Komanda Quruculuğu fəaliyyəti və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri - 2030 və 2050 hədəfləri haqqında maraqlı sessiyalar keçirdik. Gənclərin bilik və bacarıqlarını gücləndirərək, daha yaşıl və davamlı bir gələcəyə birlikdə addımlayırıq.
#YaşılƏlaqələr #GənclərFondu #Dayanıqlıİnkişaf #ibmib
Layihə: «Yaşıl Əlaqələr — Green Connection» →
sentyabr 2024
may 2024
İnnovativ Bacarıqlar Mərkəzi
İnnovativ Bacarıqlar Mərkəzi tərəfindən təşkil olunan "Gizli bacarıqların inkişafı" layihəsinin üçüncü günü.
Gəncə Gənclər Evində 09.05.2024 tarixindəki təlimdə gənclər komanda şəklində ideyalarına uyğun layihələr yazdılar və bu layihələr üzərində fikirlərini bölüşdülər.
"The third day of the 'Development of Hidden Talents' project organized by the Innovative Skills Hub.
On May 9, 2024, at the Ganja Youth House, young people worked in teams during the training session to write projects according to their own ideas and shared their thoughts on these projects."
#ibm #ibmib #inkişaf
Layihə: «Gizli bacarıqların inkişafı» →
İnnovativ Bacarıqlar Mərkəzi
İnnovativ Bacarıqlar Mərkəzi tərəfindən təşkil olunan "Gizli bacarıqların inkişafı" layihəsinin ikinci günü.
Gəncə Gənclər Evində 08.05.2024 tarixindəki təlimdə gənclərə beynəlxalq mübadilə probramları və layihələrin yazılması mövzusunda məlumatlar verildi müzakirələr aparıldı.
On the second day of the "Development of Hidden Talents" project organized by the Innovative Skills Hub, at the Ganja Youth House on May 8, 2024, information was provided to the youth on international exchange programs and writing projects, followed by discussions.
#ibm #ibmib #inkişaf
Layihə: «Gizli bacarıqların inkişafı» →
İnnovativ Bacarıqlar Mərkəzi
İnnovativ Bacarıqlar Mərkəzi tərəfindən təşkil olunan "Gizli bacarıqların inkişafı" layihəsinin ilk günü.
Gəncə Dövlət Universitetinin II tədris binasında 07.05.2024 tarixindəki təlimdə gənclərə tədbirlərin təşkili haqqında məlumatlar verildi və müzakirələr aparıldı.
Sonunda isə tədbirlərin təşkili ilə əlaqədar qrup işləri keçirildi
.
The first day of the "Development of Hidden Talents" project organized by the Innovative Skills Hub took place on May 7, 2024, at the II lecture building of Ganja State University. During the seminar, young people were informed about event organization and discussions were held. Finally, group activities related to event organization were conducted.
#ibm #ibmib #inkişaf
Layihə: «Gizli bacarıqların inkişafı» →
aprel 2024
İnnovativ Bacarıqlar Mərkəzi
İnnovative Bacarıqlar Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində Gizli bacarıqlar: Təhsil və Təşkilatçılıq layihəsinin qeydiyyatı başladı.
"Gizli bacarıqlar: Təhsil və Təşkilatçılıqda Gəncə Dövlət Universiteti Təcrübəsi" layihəsi, Gəncə Dövlət Universitetində təhsil alan 15 tələbəyə
°Komanda quruculuğu
°Layihələrin idarə edilməsi
°Tədbirlərin təşkili təlimləri təklif edir.
Layihə 3 gün davam edəcək.
Layihə Gəncə Dövlət Universitetinin daxilində keçiriləcək və yanlız Gəncə Dövlət Universitetinin tələbələri iştirak hüququ qazanacaq.
Layihə sonunda programı uğurla bitirən tələbələrə sertifikat təqdim olunacaq
Qeydiyyat linki: https://forms.gle/8bqRBw4ainECNRAHA
Layihə: «Gizli bacarıqların inkişafı» →
mart 2024
İnnovativ Bacarıqlar Mərkəzi
Əziz dostlar,
Təşkilatımızdakı son dəyişikliklərlə bağlı sizlərə yeni xəbərimiz var
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi şəhərin 2016-ci ildə Avropa Gənclər Paytaxtı tituluna namizəd olduğu zaman yaradıldı. Bu müddət ərzində birliyin səyi nəticəsində şəhərimizdə yüzlərlə yerli və beynəlxalq layihələr həyata keçirildi, ölkəmiz layiqincə təmsil olundu.
29 sentyabr 2023 –cü il tarixli Ümumi Yığıncaqda fəaliyyət sahələrini genişləndirmək, innovativ ideya və layihələrin həyata keçirilməsini sövq etmək məqsədiylə missiyalarımızda dəyişiklik etmək qərarı alındı. Bundan sonra “İnnovativ Bacarıqlar Mərkəzi” İctimai Birliyi adı altında fəaliyyət göstərəcəyik. Keçirilən səsvermə zamanı Layihələr üzrə Koordinatoru İbrahim Rzazadə növbəti iki il müddətində Birliyin sədri seçildi.
Gəncimizə yeni vəzifəsində uğurlar arzu edirik!
Avropa Gənclər Forumunun, Beynəlxalq Avropa Gənclər Paytaxtı Şəbəkəsinin üzvü olaraq yenilikçi ideyaların həyata keçirilməsini prioritetləşdirən Birliyimizin layihələrində aktiv iştirak etmək üçün gəncləri bizimlə birgə addımlamağa səsləyirik!
“İnnovativ Bacarıqlar Mərkəzi” İctimai Birliyini aşağıda qeyd olunan sosial şəbəkələrdə izləyə və fəaliyyətlərimizə qoşula bilərsiniz:
E-mail: innovativ.bm@gmail.com
Instagram: https://www.instagram.com/ibm_pu
Twitter: https://twitter.com/ibm_pu
Vebsayt: https://ibm-ib.org/
İnnovativ Bacarıqlar Mərkəzi
Əziz dostlar,
Təşkilatımızdakı son dəyişikliklərlə bağlı sizlərə yeni xəbərimiz var
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi şəhərin 2016-ci ildə Avropa Gənclər Paytaxtı tituluna namizəd olduğu zaman yaradıldı. Bu müddət ərzində birliyin səyi nəticəsində şəhərimizdə yüzlərlə yerli və beynəlxalq layihələr həyata keçirildi, ölkəmiz layiqincə təmsil olundu.
29 sentyabr 2023 –cü il tarixli Ümumi Yığıncaqda fəaliyyət sahələrini genişləndirmək, innovativ ideya və layihələrin həyata keçirilməsini sövq etmək məqsədiylə missiyalarımızda dəyişiklik etmək qərarı alındı. Bundan sonra “İnnovativ Bacarıqlar Mərkəzi” İctimai Birliyi adı altında fəaliyyət göstərəcəyik. Keçirilən səsvermə zamanı Layihələr üzrə Koordinatoru İbrahim Rzazadə növbəti iki il müddətində Birliyin sədri seçildi.
Gəncimizə yeni vəzifəsində uğurlar arzu edirik!
Avropa Gənclər Forumunun, Beynəlxalq Avropa Gənclər Paytaxtı Şəbəkəsinin üzvü olaraq yenilikçi ideyaların həyata keçirilməsini prioritetləşdirən Birliyimizin layihələrində aktiv iştirak etmək üçün gəncləri bizimlə birgə addımlamağa səsləyirik!
“İnnovativ Bacarıqlar Mərkəzi” İctimai Birliyini aşağıda qeyd olunan sosial şəbəkələrdə izləyə və fəaliyyətlərimizə qoşula bilərsiniz:
E-mail: innovativ.bm@gmail.com
Instagram: https://www.instagram.com/ibm_pu
Twitter: https://twitter.com/ibm_pu
Vebsayt: https://ibm-ib.org/
fevral 2024
İnnovativ Bacarıqlar Mərkəzi
Əziz gənclər!
Gənclər və İdman Nazirliyi tərəfindən 4 fevral 2024-cü il tarixdə “Gənclər Həftəsi” çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində gənclərin iştirakı ilə “Gənclərin ideya marafonu” adlı tədbir keçiriləcəkdir.
Tədbirin keçirilməsində məqsəd – gənclərin hərtərəfli və ahəngdar inkişafı ilə bağlı keçirilən layihələrin keyfiyyətinin artırılması üçün ideya təkliflərinin hazırlanması, müzakirəsi və seçilməsidir.
“Gənclərin ideya marafonu” çərçivəsində iştirakçılar komanda şəklində ideya təklifinin məzmunu, məqsəd və vəzifələrini, icra prosesini, qiymətləndirməni və davamlılığın təmin edilməsi ilə bağlı yanaşmalarını münsiflər qarşısında əsaslandıracaqlar.
Mükafat: I yer- Quba Olimpiya İdman Kompleksi;
II yer- Mingəçevir Kür Olimpiya İdman Tədris Kompleksi;
III-yer - Şəki Olimpiya İdman Kompleksində 2 günlük istirahət paketi qazanacaq!
Qeydiyyat linki: https://forms.gle/n8Mi96BS9rygiUXr6
Son qeydiyyat tarixi: 03.02.2024