Gündəlik

Birliyin gündəlik paylaşımları — tədbirlərdən anlar, elanlar və xəbərlər.

iyul 2016
İnnovativ Bacarıqlar Mərkəzi
29.07.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (#ATGTİ) təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən "Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu"-nun rəsmi açılış mərasimi keçirilib.
İlk öncə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Millət vəkili Şahin İsmayılov çıxış edərək rəsmi qonaqları təqdim etdi və layihə haqqında məlumat verdi. Daha sonra forumun rəsmi qonaqları olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin Gənclərlə İş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini Elnur Rzayev, Milli Məclisin deputatı Naqif Həmzəyev öz çıxışlarını etdilər.
Qeyd edək ki, Regional Forum hal-hazırda davam edir və forum iştirakçıları "TGT-lərin gənclər siyasətində rolu", "TGT-lərin fəaliyyətinin təkminləşdirilməsi - problemlər, perspektivlər" və "TGT-lərin vəzifə və öhdəliklərinin yerinə yetirilməsinin təhlili" mövzularında müzakirələr aparırlar.
İnnovativ Bacarıqlar Mərkəzi
2016 Avropa Gənclər Paytaxtında “Regional karyera mərkəzi” adlı layihə həyata keçirilib
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regional karyera mərkəzi” adlı layihəni yekunlaşdırıb. Layihə Gəncə 2016 Avropa Gənclər Paytaxtı tədbirlər planına uyğun olaraq Gəncə şəhərində təşkil edilib.
İki gün davam edən layihənin əsas məqsədi gənclərin düzgün karyera qurmaqlarına, təcrübə əldə etmək imkanlarına dair təlimlərin, müzakirələrin keçirilməsi idi.
İnnovativ Bacarıqlar Mərkəzi
2016 Avropa Gənclər Paytaxtında “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Turizmin inkişafında region gənclərinin rolunun artırılması” layihəsi həyata keçirmişdir.
Layihənin əsas məqsədi region gənclərini turizmin inkişafında rolunun artırılması üçün onlara lazımı bacarıqları öyrədərək sosial şəbəkələrin köməkliyi ilə öz regionlarının turizm üçün əhəmiyyətli yerlərini dünya ictimaiyyətinə çatdırmaq, turistlərlə ünsiyyət qaydalarını öyrətmək və yerli gənclərin bu sahədə sosial aktivliyini artırmaqdır.
İyulun 26-sı Gəncədə təşkil olunan təlimdə gənclərə 3 mövzuda təlim-seminarlar keçirilib:
• Sosial media idarəçiliyi
• Ünsiyyət bacarıqları və ünsiyyət etikası
• Turizm sahəsində biznesin inkişafı
Təlim zamanı mühazirəçi turizmin imkanlarından, onun üstünlükləri və ondan düzgün istifadə qaydalarını gənclərə öyrədib. Layihə iştirakçılarına həmçinin sosial media vasitəsilə regionların turizm imkanlarını, tarixi-mədəni abidələrini dünyada tanıtmağın yolları göstərildi. Gələn turistlərdə xoş təəssürat yaratmaq və yüksək xidmət göstərmək üçün gənclərə ünsiyyət bacarığı və ünsiyyət etikası mövzularında mühazirələr deyildi.
İnnovativ Bacarıqlar Mərkəzi
Call for International and Local Delegates for the 2nd International Youth Forum of EYP Azerbaijan - GANJA'16
We are very grateful to announce that 2nd Ganja International Youth Forum which is a part of #BASES project will be held on 18-22 August 2016 in the European Youth Capital 2016 in Ganja under the motto "Feels like youth spirit. An event created by youth, aimed at youth and tackling youth issues".
https://docs.google.com/.../1FAIpQLSfxcY1mJ2u…
İnnovativ Bacarıqlar Mərkəzi
“Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu” keçiriləcək
29 İyul 2016-cı il tarixində Gəncə şəhərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tələbə gənclər təşkilatlarının I regional forumu” keçiriləcək. Layihə Tələbə Gənclər Təşkilatlarının ilk regional forumu olub, orta ixtisas və ali məktəblərdə təhsil alan gəncləri əhatə edəcək.
Forumda son dövrdə gənclər təşkilatlarının fəaliyyəti və gənclər siyasəti ilə bağlı gedən proseslər müzakirə ediləcək, gənclər siyasətinin genişləndirilməsi və gənclərimizin sosial və təhsil həyatlarında aktiv olmaqlarını təmin edən təkliflər səslənəcək. Forum iştirakçılarının ümumi rəyi əsasında təkliflər paketi hazırlanacaq.
İnnovativ Bacarıqlar Mərkəzi
2016 Avropa Gənclər paytaxtında Gəncə şəhərində “Biz də Varıq” adlı layihəyə start verilib
26 iyul 2016-cı il “Gənc Liderlər" Təhsil-təlim və inkişaf İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Biz də Varıq” adlı layihənin icrasına başlamışdır.
Layihənin əsas məqsədi Gəncə şəhərində yaşayan gənclərin və xüsusi ilə əlilliyi olan gənclərin sosial inteqrasiya prosesini sürətləndirmək və onların cəmiyyət tərəfindən uğur hekayələrinin qəbul edilməsinə yardım etməkdir. Azərbaycanda əlilliyi olan gənclər dövlət qayğısında olsalar da cəmiyyət əlillik faktına fərqli və steriotipli yanaşma sərgiləyir. Layihə çərçivəsində 20 gəncdən ibarət 5 günlük təlim təşkil olunacaqdır və əlilliyi olan gənclər təlimə cəlb olunacaqlar. Təlimdə əlilliyi olan gənclərin hüquqları, motivasiyanın artırılması, əlillii olan gənclər üçün sosial xidmətlər, steriotiplərlə mübarizə üsulları mövzusunda müzakirələr aparılacaqdır. Ümumiyyətlə əlilliyi olan gənclərin cəmiyyətdə və həyatlarında qazandıqları uğurları cəmiyyətə çatdırmaq üçün onların uğur hekayələri mütamadi olaraq təşkilatımız tərəfindən diqqətdə saxlanılacaqdır. Təlimin ilk günü tədbirdə iştirak edən iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet və təlim materialı paylanıldı. Təlim 30 iyul 2016-cı ilə kimi davam edəcəkdir.
İnnovativ Bacarıqlar Mərkəzi
#ENG
The realities that promise the future in Ganja European Youth Capital 2016: It gathered the youth from the capital and other regions of the country (Baku, Sumgayit, Lankaran, Astara, Mingachevir, Saatly and etc.) within the project “Youth and Multiculturalism”.
The project performed by Youth Public Union “The Land of Fire” was implemented by the support of the Youth Fund under the President of the Republic of Azerbaijan for explaining to the youth the essence of the multiculturalism, bringing the tolerant country image of Azerbaijan to the youth’s attention based on “The Year of Multiculturalism” declared by the President of the Republic of Azerbaijan this year.
#AZE
Gəncə 2016-cı il Avropa Gənclər paytaxtında "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" layihəsi çərçivəsində respublikanın paytaxtı və müxtəlif bölgələrindən (Bakı, Sumqayıt, Lənkəran, Astara, Mingəçevir, Saatlı və s.) olan gəncləri ətrafına topladı.
Cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə çatdırmaq məqsədi ilə "Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən icra olunan layihə Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi ilə həyata keçirilib.
#GanjaEuropeanYouthCapital2016 #OdlarYurduGIB #AzerbaijanYouthFoundation #AzerbaijanYouth
İnnovativ Bacarıqlar Mərkəzi
Bugun Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərovun (Mushfig Jafarov) doğum günüdür. Bu münasibətlə gənclərin yaxın dostu Müşviq müəllimi "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ailəsi adından səmimi qəlbdən təbrik edir sizə uzun ömür can sağlığı işlərinizdə uğurlar arzulayırıq.
Azərbaycan gəncliyinin inkisafı üçün verdiyiniz tövhələrə,gənclərə göstərdiyiniz diqqət və qayğı üçün dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ailəsi
İnnovativ Bacarıqlar Mərkəzi
Call for Applications, EuroSchool 2016 in Azerbaijan
İnnovativ Bacarıqlar Mərkəzi
16-24 iyul 2016-cı il tarixlərində 2016 Arvopanın Gənclər Paytaxt Gəncə şəhərində Wonderland-2016 beynəlxalq skaut düşərgəsi fəaliyyətinə başladı.
Azərbaycan, Bəhreyn, Belаrus, Gürcüstan, Seyşel adaları, Sloveniya, Türkiyə, Misir, Polşa və Ukraina bu ölkələrin siyahı skaut hərəkatının dünya miqyasında nə qədər çox yayılmış olduğunu təsəvvür etmək çox yaxşı nümunədir.
Hazırda düşərgdə 300-dən artıq iştirakçı iştirakçı vardır.
The Ministry of Youth and Sport of the Republic of Azerbaijan
Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan
Ganja European Youth Capital 2016
#SkautAzərbaycan #Wonderland2016 #GanjaEuropeanYouthCapital2016 #EYC2016 #ScoutofAzerbaijan #MinistryYouthAndSportofAzerbaijan #Youth300 #Participants
İnnovativ Bacarıqlar Mərkəzi
2016 Avropa Gənclər Paytaxtı Gəncə şəhərində “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub.
#TəhsilNazirliyi #EduAz #IDEA #Məktəbdənkənar #Şagird
Ətraflı: http://edu.gov.az/az/page/9/12780
İnnovativ Bacarıqlar Mərkəzi
Dear friends,
We are happy to present you the newly opened hostel in Ganja city. It was opened and is running by two young and active people of Ganja city. The hostel will always welcome you with a warm and friendly atmosphere of Ganja city and treat you as if you are home.
We are happy the first hostel has been initiated by young people themselves
We wish them good luck and hope to see many more entrepreneurship ideas from young people of the city
İnnovativ Bacarıqlar Mərkəzi
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev ANS telekanalına şəhərimizdə keçiriləcək olan kütləvi beynəlxalq və yerli layihələr haqqında müsahibə verib.
İnnovativ Bacarıqlar Mərkəzi
#ENG
The participants of an international project "European volunteering experience in the region" which was implemented with the financial support and the organization of Youth Fund under the President of the Republic of Azerbaijan and the "Bridge to the Future" Youth Public Union on July 08-13, 2016 in Ganja were at the "Ganja European Youth Capital 2016" Public Union office.
European guests were informed about the projects implemented and supported by our organization until now. At the end of a meeting the guests were presented with a special gifts of the "Ganja European Youth Capital 2016" Public Union.
#AZE
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 08-13 İyul, 2016-cı il tarixlərində Gəncə şəhərində həyata keçirdiyi "Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi" adlı beynəlxalq layihəsinin iştirakçıları "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisində olmuşlar.
Təşkilatımızın bu vaxta qədər həyata keçirdiyi və dəstək göstərdiyi layihələr haqqında həmçinin ilin sonuna qədər nəzərdə tutulan yerli və beynəlxalq fəaliyyətlərimiz haqqında avropalı qonaqlara ətraflı məlumat verilmişdir.
Sonda avropalı qonaqlara "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinə məxsus hədiyyələr təqdim olunmuşdur.
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation
Gələcəyə Körpü|Bridge to the Future
Ganja European Youth Capital 2016
İnnovativ Bacarıqlar Mərkəzi
Gəncədə ‘Avropa Gənclər Festivalı’ adlı beynəlxalq tədbir baş tutacaq
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin rəhbəri Elmir Vəliyev bildirib ki, 24 Fevral 2016-cı ildə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən AGP ilə bağlı imzalanmış Sərəncam Gəncədə həyata keçiriləcək layihələrin sayını daha da artırmış oldu.
Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən 8-ci qrant müsabiqəsində 100-dən artıq yerli və beynəlxalq layihənin maliyyələşdirilməsi qərarı verildi, bundan başqa 9 Nazirlik və 2 Komitəyə Gəncə şəhərində gənclərlə bağlı layihələrin həyata keçirilməsi tapşırıldı. Bu addım Gəncə şəhərini digər Avropa Gənclər Paytaxtlarından fərqləndirdi və layihənin təsisçisi olan Avropa Gənclər Forumu tərəfindən çox yüksək qiymətləndirildi.
Elmir Vəliyev: – “hal-hazırda böyük həcmdə tədbirlərlə bərabər müxtəlif yerli və beynəlxalq layihələrin (forum, düşərgə, təlim, konfrans və s.) icrası Qeyri-Hökumət, Gənclər Təşkilatları tərəfindən ardıcıl şəkildə həyata keçirilir. Belə ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə şəhəri Hacıkənd qəsəbəsində 16-24 İyul 2016-cı il tarixlərində “Wonderland Azərbaycan” Beynəlxalq Skaut Düşərgəsinin təşkil edilməsi planlaşdırılır. Bu düşərgədə 10 ölkədən 450 nəfər (200 nəfər xarici və 250 nəfər yerli) yeniyetmə və gəncin iştirakı gözlənilir. Bunun ardınca Gəncə şəhərində avqust ayının sonlarında 150 nəfər Avropanın müxtəlif ölkələrini təmsil edən gənclərinin iştirakı ilə Avropa Gənclər Parlamenti baş tutacaq.
01-05 Oktyabr 2016-cı il tarixdə Gəncə şəhərində “Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbir keçiriləcək. Burada dövlət rəsmiləri ilə bərabər Avropa Gənclər Forumunun prezidenti və baş katibinin iştirakı, o cümlədən Avropanın aparıcı təşkilatlarının rəhbərləri iştirak edəcək. Festival həm əyləncəli, həm də məlumatlandırıcı xarakter daşıyır.
Bunun ardınca 27-30 Oktyabr 2016-cı il tarixində Avropada tanınmış mükafat hesab edilən “Avropa Gənclər Mükafatı”nın təqdimatı nəzərdə tutulub.
Mükafat Avropa məkanında İKT sahəsində uğur əldə etmiş gənclərə təqdim olunacaq.”
Qeyd edək ki, layihə müddətində ümumilikdə 3500-4000 nəfər Avropalı gəncin Gəncəyə səfəri və bu layihələrdə iştirakı nəzərdə tutulub.