← Layihələr Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB

Avropa Gənclər Paytaxtı ilinin açılışı və Birliyin ofisinin açılışı

Avropadan gələn qonaqların qarşılanması, rəsmi açılış mərasimi və Birliyin ofisinin açılışı.

Tarix
3–5 may 2016
Yer
Gəncə, Heydər Əliyev Mərkəzi
Layihənin icraçısı
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
Tərəfdaşlar
Gəncə Şəhər İcra Hakimiyyəti

3–5 may 2016-cı il tarixlərində Gəncədə Avropa Gənclər Paytaxtı ilinin açılışı ilə bağlı silsilə tədbirlər keçirildi. Gəncə Beynəlxalq Hava Limanında qarşılanan qonaqlar könüllü bələdçilərin müşayiəti ilə şəhər turuna çıxdılar, Məhsəti Gəncəvi mərkəzində və şəhərin tarixi abidələrində oldular.

4 mayda Heydər Əliyev Mərkəzində «Gəncə — 2016 Avropa Gənclər Paytaxtı» layihəsinin rəsmi açılış mərasimi keçirildi. Konsert proqramında xarici ifaçılar — In-Grid və Alexandra Stan çıxış etdi. Həmin gün Birliyin ofisinin rəsmi açılışı da baş tutdu.

Açılış mərasimi haqqında məlumatı 226 internet saytı paylaşdı.

açılışkönüllülükbeynəlxalq