← Layihələr
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
Avropa Gənclər Paytaxtı ilinin bağlanışı və titulun Varnaya təhvili
Paytaxt ilinin bağlanış mərasimi və titulun rəmzi açarının 2017-ci il paytaxtı Varnaya təqdimi.
- Tarix
- 20 dekabr 2016
- Yer
- Gəncə
- Layihənin icraçısı
- Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
- Tərəfdaşlar
- Gəncə Şəhər İcra Hakimiyyəti
20 dekabr 2016-cı ildə Gəncədə «Gəncə Avropa Gənclər Paytaxtı 2016» layihəsinin bağlanış mərasimi keçirildi. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, Kutaisi və Varna şəhərlərinin merləri, mərkəzi icra hakimiyyəti orqanlarının, Gənclər Fondunun, diplomatik korpusun və təşkilatların nümayəndələri iştirak etdi.
Mərasimdə Avropa Gənclər Paytaxtı titulunun rəmzi açarı 2017-ci il paytaxtı Varna şəhərinin merinə təqdim olundu. Birlik ilin yekunlarına dair hesabat videosu da hazırladı.







