← Layihələr
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
«Bələdçiyəm mən» onlayn turizm və bələdçilik layihəsi
Şəki, Lənkəran, Gəncə və İsmayıllıdan 14 gəncin qatıldığı onlayn turizm platforması və yay düşərgəsi.
- Tarix
- 18–22 avqust 2017
- Yer
- Gəncə
- Layihənin icraçısı
- Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
- Tərəfdaşlar
- Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
Birlik QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci qrant müsabiqəsinin qaliblərindən oldu və Şuranın maliyyə dəstəyi ilə «Bələdçiyəm mən» onlayn turizm və bələdçilik xidməti layihəsini həyata keçirdi.
Layihəyə Azərbaycanın turizm bölgələri olan Şəki, Lənkəran, Gəncə və İsmayıllı şəhərlərindən 14 gənc cəlb olundu. 18–22 avqust 2017-ci il tarixlərində 2017-ci ilin MDB Mədəniyyət Paytaxtı Gəncədə yay düşərgəsi keçirildi və yeni onlayn platformanın təqdimatı oldu.






