← Layihələr Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB

«Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu»

Gənclər üçün dayanıqlı turizm mövzusunda qeyri-formal təhsil metodları ilə təlim və tarixi yerlərə səfər.

Tarix
17–20 fevral 2023
Yer
Gəncə
Layihənin icraçısı
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
Tərəfdaşlar
Azərbaycan Respublikasının Gənclər Fondu

Birliyin təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə 17–20 fevral 2023-cü il tarixlərində dayanıqlı turizm mövzusunda təlim kursu keçirildi. Təlimlər qeyri-formal təhsil metodları əsasında aparıldı: iştirakçılar Gənclər Fondunun fəaliyyəti, turizm sahəsinə giriş və əsas anlayışlarla tanış oldular.

Layihə iştirakçıların Gəncə şəhəri və ətrafındakı tarixi yerlərə səfəri ilə yekunlaşdı — gənclər öyrəndiklərini praktikada tətbiq etdilər.

turizmtəlim