← Layihələr
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
«Gəncə Avropalı Gənclərin Gözü ilə» beynəlxalq foto müsabiqəsi
Avropanın 15 ölkəsindən gənc fotoqrafların Gəncəni və onun gənclərini lentə aldığı altı günlük foto müsabiqə.
- Tarix
- 10–16 iyul 2015
- Yer
- Gəncə
- Layihənin icraçısı
- Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
- Tərəfdaşlar
- Azərbaycan Respublikasının Gənclər Fondu
Gəncə Avropa Gənclər Paytaxtı 2016 fəaliyyət planının ilk beynəlxalq layihəsi. Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən altı günlük müsabiqəyə Monteneqro, Gürcüstan, Finlandiya, Litva, Macarıstan, Sloveniya, Serbiya, Ukrayna, Yunanıstan, Polşa, Rumıniya, Türkiyə, Çexiya, Portuqaliya və Estoniyadan fotoqraflar qatıldı.
İştirakçılar Gəncə şəhərini və onun gənclərini fotoya çəkdilər. Peşəkar münsiflər heyəti təqdim olunan 200-dən çox foto arasından 50 ən yaxşı fotonu seçdi. Seçilmiş fotolar sonradan iştirakçıların öz ölkələrində keçirilən sərgilərdə nümayiş olundu.























