← Layihələr
İnnovativ Bacarıqlar Mərkəzi İB
«Gizli bacarıqların inkişafı»
GDU tələbələri üçün komanda quruculuğu, layihələrin idarə edilməsi və tədbirlərin təşkili üzrə üç günlük təlim.
- Tarix
- 7–9 may 2024
- Yer
- Gəncə Dövlət Universiteti, Gəncə Gənclər Evi
- Layihənin icraçısı
- İnnovativ Bacarıqlar Mərkəzi İB
- Tərəfdaşlar
- Gəncə Dövlət Universiteti
İnnovativ Bacarıqlar Mərkəzinin yeni adla həyata keçirdiyi ilk layihələrdən biri. «Gizli bacarıqlar: Təhsil və Təşkilatçılıqda Gəncə Dövlət Universiteti Təcrübəsi» layihəsi GDU-da təhsil alan 15 tələbəyə komanda quruculuğu, layihələrin idarə edilməsi və tədbirlərin təşkili üzrə təlimlər təklif etdi.
- 7 may — GDU-nun II tədris binası: tədbirlərin təşkili, müzakirələr və qrup işləri
- 8 may — təlimin ikinci günü
- 9 may — Gəncə Gənclər Evi: gənclər komandalar şəklində öz ideyalarına uyğun layihələr yazıb təqdim etdilər















