← Layihələr Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB

«İcmanın inkişafında gənclərin rolu» beynəlxalq təlim kursu

11 Avropa ölkəsindən 16 iştirakçı kənd yerlərində yaşayan gənclərin problemlərini müzakirə etdi.

Tarix
9–15 avqust 2016
Yer
Gəncə
Layihənin icraçısı
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
Tərəfdaşlar
Azərbaycan Respublikasının Gənclər Fondu, Gəncə Şəhər İcra Hakimiyyəti

Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə «The Role of Young People in Community Development» beynəlxalq təlim kursu keçirildi. Böyük Britaniya, İtaliya, Makedoniya, Monteneqro, Albaniya, Serbiya, Moldova, Gürcüstan, Ukrayna, Rumıniya və Azərbaycandan 16 iştirakçı kənd yerlərində yaşayan gənclərin əsas problem və çətinliklərini müzakirə etdi, onlar üçün yeni imkan və təşəbbüslər yaratmağı öyrəndi.

beynəlxalqtəlimkənd gəncləri