← Layihələr
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu
Avropa Şurasının «Kompas» metodikası ilə Gəncə, Samux və Göygöldə gənclər üçün insan hüquqları təhsili.
- Tarix
- 25 may 2022 – 28 avqust 2022
- Yer
- Gəncə, Samux, Göygöl
- Layihənin icraçısı
- Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
- Tərəfdaşlar
- Avropa Şurası Gənclər Departamenti, Gənclər və İdman Nazirliyi, Gəncə Gənclər Evi
Birliyin təşkilatçılığı, Avropa Şurası Gənclər Departamenti və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə «İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursu» üç mərhələdə keçirildi:
- Gəncə — 25–28 may 2022, Gəncə Gənclər Evi
- Samux — 6–9 iyun 2022, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Samux nümayəndəliyi
- Göygöl — 27–30 iyun 2022
Təlimləri Sevinc Nəbizadə, Vüsalə Hacıyeva və Hüseynxan Hacızadə apardılar. Gənclər Azərbaycanda və Avropa Şurasında gənclər işi və gənclər siyasətinin əsas anlayışları, insan hüquqları, problem ağacı və qrup işləri ilə tanış oldular. Layihə 28 avqust 2022-ci ildə Gəncə Gənclər Evində yekun konfrans və sertifikat mərasimi ilə başa çatdı.























