← Layihələr
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
Könüllülük Akademiyası və «KönüllüSən»
Avropa Gənclər Paytaxtı ili üçün könüllülərin seçilməsi və hazırlanması: akademiya, təlimlər, şəhər bələdçiləri.
- Tarix
- fevral 2015 – noyabr 2015
- Yer
- Gəncə
- Layihənin icraçısı
- Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
- Tərəfdaşlar
- «Odlar Yurdu» İB, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi
Avropa Gənclər Paytaxtı ilinə hazırlıq üçün 2015-ci ilin fevralında Gəncə 2016 Könüllülük Akademiyasına müraciətlərin qəbuluna başlandı.
«KönüllüSən» layihəsi çərçivəsində 250-dən çox müraciət arasından 30 könüllü seçildi. «Odlar Yurdu» İB ilə birgə, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilən təlimdə təlimçi Toğrul Ələkbər könüllülərə könüllülük, fəal iştirak, liderlik və komanda işi mövzularında dərs keçdi.
2015-ci ilin noyabrında isə gələcək könüllü şəhər bələdçiləri üçün iki günlük təlim kursu təşkil olundu — onlar Avropa Gənclər Paytaxtı ilində xarici qonaqları qarşıladılar.










