← Layihələr Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB

«Gəncə — Avropa Gənclər Paytaxtı 2016» namizədlik kampaniyası

Gəncənin Avropa Gənclər Paytaxtı 2016 titulunu qazanması üçün gənclər komitəsinin bir il davam edən kampaniyası.

Tarix
yanvar 2013 – 22 noyabr 2013
Yer
Gəncə
Layihənin icraçısı
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB

2013-cü ildə Gəncə Avropa Gənclər Paytaxtı 2016 titulu uğrunda yarışan şəhərlərdən biri idi. Birlik bu dövrdə namizədlik komitəsi kimi fəaliyyətə başladı: şəhər gəncləri ilə görüşlər keçirdi, Gəncə Gənclər Mərkəzinin imkanlarını tanıtdı, könüllü fəaliyyətləri, konsertlər və küçə aksiyaları təşkil etdi, Gəncəni beynəlxalq tədbirlərdə təqdim etdi.

Kampaniya 2013-cü ilin noyabrında Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi ilə uğurla başa çatdı. Komitə üzvlərinin sözləri ilə: «Son bir ildə həm Avropa Gənclər Paytaxtı 2016 komitəsi, həm də Gəncənin fəal gəncləri olaraq bütün ideyalarımızı könüllü şəkildə həyata keçirdik.»

Avropa Gənclər Paytaxtıkampaniyakönüllülük