«Vətən Müharibəsi Fotoqrafların Gözü ilə»
Yerli və xarici fotoqraflar işğaldan azad olunmuş və müharibədən zərər çəkmiş əraziləri lentə aldı; Gəncədə sərgi və seminar.
- Tarix
- dekabr 2021 – fevral 2022
- Yer
- Gəncə, Tərtər, Ağdam, Füzuli, Şuşa
- Layihənin icraçısı
- Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
- Tərəfdaşlar
- Azərbaycan Respublikasının Gənclər Fondu (XV qrant müsabiqəsi)
Layihə Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olub. 24–28 yanvar 2022-ci il tarixlərində yerli və xarici fotoqraflar işğaldan azad olunmuş və müharibə zamanı dağıntılara məruz qalmış Tərtər, Ağdam, Füzuli, Şuşa və Gəncə şəhərlərində foto çəkilişlər etdilər. Füzuli və Şuşaya avtobus turu təşkil olundu, fotoqraflar Gəncədə raket hücumlarına məruz qalmış əraziləri də ziyarət etdilər.
27 yanvarda Məhsəti Gəncəvi mərkəzində çəkilmiş fotolardan ibarət «Vətən müharibəsi fotoqrafların gözü ilə» sərgisi açıldı. Layihənin yekun mərhələsində region gəncləri üçün «Azad olunmuş ərazilərə qayıdış və konfliktlərin idarə olunması» seminarı keçirildi.























