← Layihələr
Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
Gəncənin YO!Fest 2013 festivalında təqdimatı (Brüssel)
Namizədlik komitəsi Avropa Gənclər Həftəsi çərçivəsində YO!Fest-də Gəncəni namizəd şəhər kimi təqdim etdi.
- Tarix
- 30–31 may 2013
- Yer
- Brüssel, Belçika
- Layihənin icraçısı
- Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB
Namizədlik komitəsi 30–31 may 2013-cü il tarixlərində Brüsseldə Avropa Gənclər Həftəsi çərçivəsində keçirilən YO!Festival-da Gəncəni Avropa Gənclər Paytaxtı 2016 titulunun namizədi kimi təqdim etdi. Komitə üzvləri festival iştirakçılarına, müxtəlif ölkə və təşkilatların nümayəndələrinə, turistlərə Gəncə və namizədlik proqramı haqqında məlumat verdilər.











