Diary

Everyday posts of the Union — moments from events, announcements and news. Posts are shown in their original language.

December 2018
Innovative Skills Hub
Call for international participants: All costs covered
“Model of Azerbaijani Youth Policy” İnternational Conference Azerbaijan 2019
Innovative Skills Hub
“Avropanın İdman Paytaxtı “ və “Avropanın İdman Şəhəri” titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimi keçirilib. ACES Avropanın təşkilatçılığı ilə keçirilən mərasim Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında baş tutub. Avropanın İdman Şəhərləri və Qəsəbələri öz titullarını götürərək 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar.
https://www.yenigence.com/g%C9%99nc%C9%99-avr…...
November 2018
Innovative Skills Hub
️ALMANİYADA beynəlxalq iş düşərgəsi üçün 2
nəfər tələb olunur
Mövzu: Sosial iş və yenidənqurma
Şəhər: Trier / Almaniya
Tarixlər: 15 - 30 Mart 2019
Qarşılanır: Yemək gündə 3 dəfə, Yaşayış(ev) , Viza dəvətnamə və viza dəstəyi, sertifikat, materiallar və.s
Tələb olunur:
CV ingilis dilində
Xarici passport
18 yaşından yuxarı
Ərizə formasının doldurulması
Ödəniş

Təyyarə bileti (qarşılanmır)
Ətraflı məlumat üçün qeyd olunan nömrələr ilə saxlaya və ya inboxa yaza biləriniz.
Tel: +994 55 541 77 17
Ünvan: Cəfər Cabbarlı 44B, Caspian Plaza 1ci korpus 18-ci mərtəbə
October 2018
Innovative Skills Hub
Mərkəzin əsas məqsədi tələbələrinin yalnız kursda əldə etdiyi dil bilikləri deyil həmçinin ölkə xaricində də beynəlxalq mühiti yaşatmaq, şəbəkələşmək və ingilis dilini ən yaxından mənimsəməkdir.
Innovative Skills Hub
FLEX Proqramının 2019-2020 – ci tədris ili üçün seçim imtahanlarına start verilir. ABŞ-da bir il PULSUZ təhsil imkanını əldən qaçırmayın və sizə ən yaxın olan imtahan məntəqəsinə gəlin.
Innovative Skills Hub
Azərbaycan gənclərinin konsultasiya mexanizmləri Avropada təqdim olunub
Rumıniyanın Kluj-Napoka şəhərində 9 ölkənin iştirakı ilə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin Forumunda Azərbaycan gəncləri də iştirak ediblər.
Tədbirdə Azərbaycanı Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Vəliyev, Gəncə Gənclər Evinin metodisti Şəhriyar Hacıyev və "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin könüllüsü Şəbnəm Əliyeva təmsil ediblər.
Forumun əsas məqsədi Avropa Gənclər Paytaxtlarının şəhər konsultasiya mexanizmlərinin inkişaf etdirilməsi və nümuməvi modelin yaradılması olub. Forumda Azərbaycan nümayəndə heyətinin bir sıra təklifləri müzakirə olunaraq dəstəklənib.
Forum çərçivəsində keçirilən görüşlərdə Kluj-Napoka şəhərinin meri Emil Bokla bir sıra layihələr barədə müzakirələr aparılıb. Səfər müddətində Gəncə şəhərinin gənclər üçün istifadə etdiyi konsultasiya mexanizmlərini əks etdirən təqdimat forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Forumda təmsil olunan nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilib. O, gənclərlə tövsiyələrini bölüşüb.
September 2018
Innovative Skills Hub
Sİzlərə dünyanın ən mükəmməl ölkələrindən biri olan İsveçrədə beynəlxalq qış kampını təqdim edirik. Bu proqrama Azərbaycandan yalnız 2 nəfər qoşula biləcəkdir.
Innovative Skills Hub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim təşkil edəcək.
Təlimdə iştirak etmək istəyən QHT rəhbərləri 05 oktyabr 2018-ci il tarixədək nrahimli@cssn.gov.az ünvanına elektron qaydada müraciət edə bilərlər. Ərizədə iştirakçının adı və soyadı, təmsil olunduğu təşkilat, təşkilatda tutduğu vəzifə və əlaqə vasitələri göstərilməlidir. Təlimin vaxtı və yeri barədə əlavə məlumat veriləcək.
Əlavə məlumat üçün Şuranın daxili nəzarət və qiymətləndirmə xidməti ilə əlaqə saxlaya bilərsiniz. Tel: (+994) 12 493 17 80 (dax.128)
Innovative Skills Hub
USAID, BMT İP və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstəyi ilə “Sahibkarlığin və Məşğulluğun İnkişafına Dəstək” layihəsinə qoshulmaq istəyən gənclərin nəzərinə
July 2018
Innovative Skills Hub
Gəncədə 2018-ci ilin I rübünün yekunlarına dair hesabat yığıncağından qısa icmal.
Innovative Skills Hub
Xalqımız Şəhid Polislərini son mənzilə yola saldı. Allah rəhmət etsin.
May 2018
Innovative Skills Hub
Gənclər Evlərində ilk dəfə Gəncədə autizm reabilitasiya mərkəzi istifadəyə verildi
4 may 2016-cı il tarixində istifadəyə verilən Gəncə şəhər “Gənclər evi”ndə müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirilir. Gəncə Gənclər evinin bu illər ərzində qarşısına qoyduğu əsas məqsədlərdən biri də məhz fiziki və əqli məhdudiyyətli insanlarla işdir. Hansiki həmin şəxslərin məşğulluğunu artırmaq və reablitasiya işlərində yaxından dəstək olmaqdır. Bu əhəmiyyətli məsələni özümüzə əsas prioritetlərdən seçərək Azərbaycanın ikinci ən böyük şəhəri və ilk gənclər paytaxtı Gəncə şəhərində Gəncə Autizm Reabilitasiya mərkəzi istifadəyə verildi.
Gəncə Autizm Reabilitasiya mərkəzinin fəaliyyətində əsas məqsəd autizm sindromundan əziyyət çəkən gənc və uşaqların reabilitasiyasını təmin etməkdir. Mərkəzdə təlim alan uşaqlara müxtəlif idman növləri (velosiped, üzgüçülük, stolüstü tennis, yüngül atletika və.s) öyrədilir. Bununla yanaşı uşaqlara loqaped, psixoloq, psixopedaqoqlar vasitəsi ilə təlimlər və dərslər keçilir.
Həmçinin mərkəzdə təlim alan uşaqlara idmanın müxtəlif növləri üzrə yarışlar da təşkil olunur: Maneəli keçiddən adlama, hoppanma, rəng qruplaşdırma, qavrama əşya, mayallaq aşma əl-göz koordinasiyası top atma, top çiləmə, dairədən top keçirtmə (koordinasiya), skeyt sürmə, batutda hoppanma (ikili çalışma), yaddaş çalışması gizlədilmiş əşyanı tapma əl-göz koordinasiyası, hoppanma, sürünmə və.s. Bundan başqa, Gəncə Autizm Reabilitasiya mərkəzində təlim alan uşaqlara ictimai reabiltasiya və sosiallaşma proqramı çərçivəsində də təlimlər təşkil olunur.
Qeyd edək ki, autizmlilərlə yanaşı, daun., uşaq serebal iflici və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər də yaradılmış xidmətlərdən yararlana bilərlər.