Diary

Everyday posts of the Union — moments from events, announcements and news. Posts are shown in their original language.

December 2022
Innovative Skills Hub
Happy International Solidarity Day of Azerbaijanis and Happy New Year dear friends
#happysolidaritydayofworldazerbaijanis #happynewyear #2023 #yeniilinizmubarek #ganja_eyc2016
Innovative Skills Hub
Yeni lahiyə ilə gəlirik gənclər, səhifəmizi izləmədə qalın
Qalibləri təbrik edirik!
November 2022
Innovative Skills Hub
Congratulations #Lviv
Lviv takes European Youth Capital 2025 title!
#EuropeanYouthCapital2022 #EuropeanYouthCapital2016 #ganja_eyc2016
Innovative Skills Hub
Tarixi qürurun, Zəfər Günün mübarək #Azərbaycan
!
#8noyabr #zəfərgünü #victoryday
Innovative Skills Hub
“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində #Şuşa şəhərində davamlı könüllü fəaliyyətinə cəlb olunacaq gənclərin seçilməsi üçün “Şuşa Könüllüləri” qrupuna qəbula start verilir!
Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Şuşa rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qayidish.konullu.az saytından qeydiyyatdan keçə bilər. Seçilmiş gənclərin müvafiq təlim və hazırlıqlardan sonra Şuşa şəhərində könüllü fəaliyyətinə cəlb olunması planlaşdırılır.
Son müraciət taixi: 14 noyabr 2022-ci il.
#AzGF #ganja_eyc2016
September 2022
August 2022
Innovative Skills Hub
#Compass #compasstrainings
Daha bir səyahətin sonuna gəldik
28 avqust 2022-ci il tarixində "İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun" iştirakçılarının Yekun görüşü təşkil olundu.
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı, Avropa Şurası Gənclər Departamenti (Council of Europe) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi-nin dəstəyilə keçirilən və Gəncə şəhərində start verilən layihə konfrans və sertifakat mərasimi ilə Gəncə Gənclər Evi /Ganja Youth House-də təşkil olunan tədbirlə yekunlaşdı.
Görüşün keçirilməsində məqsəd İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun yekun hesabat videosunu və təlimlərdə iştirak etmiş gənclərə sertifikatlarını təqdim etməkdi.
Görüşdə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin idarə heyətinin üzvü Şəhriyar Hacıyev, Birliyin sədri Sevinc Məmmədova, təlimçilər Vüsalə Hacıyeva, Hüseynxan Hacızadə və gənclər iştirak etdi, Avropa Şurasının təlimçisi Sevinc Nəbizadə isə görüşə online formatda qoşuldu. İştirakçılar təlimlərdən sonra nələr ediblər onları paylaşıdlar, çıxışçılar isə gördükləri işlərin davamı ilə bağlı iştirakçlara tövsiyyələrini verdilər, layihələr, növbəti aylarda təşkilatda olacaq dəyişiklərlə bağlı da gənclərə məlumat verildi.
Əziz Gənclər hər birinizə gələcək işlərinizdə uğurlar arzu eirik, növbəti layihlərdə görüşmək üzrə
#ganja_eyc2016 #azeyouthandsport #gəncləridmannazirliyi #CouncilofEurope
Project: COMPASS — national training course on human rights education →
July 2022
Innovative Skills Hub
Əziz dostlar, sizləri Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, bol ruzi və bərəkətli, xoşbəxtlik dolu günlər arzu edirik!
Eid Mubarak!
#QurbanBayramınızMübarək #ganja_eyc2016 #EidMubarak
Innovative Skills Hub
#Compass #compasstrainings
İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun sonuncu fəalliyyəti olan Göygöl təlimləri yekun vuruldu.
Bu müddət ərzində bizimlə olan maraqlı ideyalarını, zamanlarını və enerjilərini bölüşən iştirakçılarımıza təşəkkür edirik
Təşkilatı məsələlərdə Gəncə şəhərində Gəncə Gənclər Evi /Ganja Youth House və Gəncə Gəncləri-nə, Samux şəhərində Samux Gəncləri-nə və Göygöl şəhərində Göygöl Gəncləri-nə dəstəklərindən dolayı təşəkkür edirik
Layihə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin təşkilatçılığı, Avropa Şurasının (Council of Europe) Gənclər Departamentinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi-nin dəstəyilə həyata keçirildi.
#ganja_eyc2016 #azeyouthandsport #gəncləridmannazirliyi #CouncilofEurope
Project: COMPASS — national training course on human rights education →
June 2022
Innovative Skills Hub
#Compass Göygöldə
27 iyun tarixində İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun Göygöl fəaliyyətinə start verildi.
Təlimlərin ilk günündə iştirakçılar "Gənclər işi və Gənclər siyasəti" anlayışları ilə tanış oldular.
#ganja_eyc2016 #gəncləridmannazirliyi #CouncilofEurope #compasstrainings #azeyouthandsport
Project: COMPASS — national training course on human rights education →
Innovative Skills Hub
15 İyun Milli Qurtuluş Gününüz Mübarək!
#MilliQurtuluşGünü #ganja_eyc2016 #15İyun