Diary

Everyday posts of the Union — moments from events, announcements and news. Posts are shown in their original language.

March 2022
Innovative Skills Hub
Əziz xanımlar, hər gününüz özəl və gözəl olsun!
Happy International Women`s Day dear women!
#ganja_eyc2016 #strongwomen #strongsociety
February 2022
Innovative Skills Hub
"Vətən Müharibəsi Fotoqrafların Gözü ilə" layihəsinin yekun mərhələsində region gənclərinə "Azad olunmuş ərazilərə qayıdış və Konfliktlərin idarə olunması" seminarı təşkil olundu.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə keçirilən seminarın məqsədi azad olunmuş ərazilərdə yaşayışın bərpa olunmasından sonra birgə yaşayışdan doğa biləcək hər hansı münaqişə qarşısında milli və dövlət mövqeyindən çıxış edərək doğru addımların atılması və konfliktlərin idarə olunmasına dair gənclərin biliklərinin artırılmasıdır.
#ganja_eyc2016 #youthfund #PatrioticWarThroughTheEyesofPhotographers #gənclərfondu
Project: “The Patriotic War through the Eyes of Photographers” →
Innovative Skills Hub
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə layihə çərçivəsində 27 yanvar tarixində gənc fotoqrafların Şuşa, Ağdam, Tərtər, Füzuli və Gəncə şəhərlərində çəkdikləri fotolardan ibarət “Vətən müharibəsi fotoqrafların gözü ilə” adlı Məhsəti Gəncəvi mərkəzində sərgi təşkil olundu.
#ganja_eyc2016 #youthfund #PatrioticWarThroughTheEyesofPhotographers
Project: “The Patriotic War through the Eyes of Photographers” →
Innovative Skills Hub
“Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində 26 yanvar tarixində Gəncə şəhərində raket hücumuna məruz qalmış ərazilərdə səfər təşkil olundu. Hücum zamanı həyatlarını itirmiş dinc şəhər sakinlərinin xatirəsi yad edildi.
“Vətən müharibəsi” zamanı Gəncə şəhəri 2020-ci ilin oktyabr ayında 5 dəfə ayrı –ayrı zamanlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən raket zərbələri ilə bombalanmışdı. Raket hücumları nəticəsində 27 mülki şəxs şəhid olmuş və 175 nəfər isə yaralanmışdı.
#ganja_eyc2016 #youthfund #PatrioticWarThroughTheEyesofPhotographers
Project: “The Patriotic War through the Eyes of Photographers” →
Innovative Skills Hub
“Vətən Müharibəsi Fotoqrafların Gözü İlə” layihəsi çərçivəsində Füzuli və Şuşa şəhərlərinə təşkil olunan avtobus turundan fotoları sizlərlə paylaşırıq.
Layihənin həyata keçirilməsində təşkilatı məsələlərdə dəstək olan gənclərin dostu, Birliyin təsisçilərindən Müşfiq Cəfərov-a təşəkkürümüzü bildiririk.
#ganja_eyc2016 #youthfoundation #PatrioticWar #gənclərfondu #Fuzuli #Shusha
Project: “The Patriotic War through the Eyes of Photographers” →
Innovative Skills Hub
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun XV qrant müsabiqəsində qalib olan “Vətən Müharibəsi Fotoqrafların Gözü İlə” layihəsi çərçivəsində 24- 28 yanvar 2022-ci il tarixilərində işğaldan azad olunmuş və müharibə zamanı dağıntılara məruz qalmış ərazilərə səfərlər təşkil olundu.
Layihənin ilkin mərhələsində yerli və xarici fotoqraflar Tərtər, Ağdam, Füzuli, Şuşa və Gəncə şəhərlərində foto çəkilişlər etdilər.
Tərtər və Ağdam şəhərlərindən olan fotoları sizlərlə paylaşırıq.
#ganja_eyc2016 #youthfoundation #PatrioticWar #gənclərfondu #Agdam #Tartar
Project: “The Patriotic War through the Eyes of Photographers” →
Innovative Skills Hub
Günümüz mübarək əziz Gənclər!
Happy Azerbaijani Youth Day
.
.
.
.
.
#ganja_eyc2016 #youthday #Azerbaijan
January 2022
Innovative Skills Hub
Şəhidlərimizi hörmət və ehtiramla anırıq!
#20yanvar1990 #blackjanuary1990
Innovative Skills Hub
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun XV qrant müsabiqəsində qalib olan “Vətən Müharibəsi Avropalı Fotoqrafların Gözü İlə” layihəsi çərçivəsində "Azad olunmuş ərazilərə QAYIDIŞ və Konfliktlərin idarə olunması" adlı təlim üçün iştirakçıların qəbulunu elan edir!!!
Təlim iki hissədən ibarət olacaq:
I - Azad olunmuş ərazilərə QAYIDIŞ
II - Konfliktlərin idarə olunması
TARİX: 30 YANVAR 2022
SAAT: 14:00
QEYD: Sadəcə seçilmiş iştirakçılarla əlaqə saxlanılacaq və 4 saat davam edəcək.
Qeydiyyat linki:
Project: “The Patriotic War through the Eyes of Photographers” →