Noyabrın 7-də Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Gənclərin Sağlamlıq Festivalı” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri fəal, sağlam həyat tərzinə həvəsləndirmək olub.
Festivalda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sevda Qurbanəliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, Olimpiya mükafatçıları Toğrul Əsgərov, Mövlud Mirəliyev, Hacı Əliyev, Rüstəm Orucov, Ramil Qasımov, karate üzrə Avropa Oyunlarının qalibi, 2014-cü il dünya çempionu Firdovsi Fərzəliyev və şəhər ictimaiyyəti iştirak edib.