"Ganja - 2016 European Youth Capital" project was inaugurated
Diary
Everyday posts of the Union — moments from events, announcements and news. Posts are shown in their original language.
May 2016
Amerikanın məşhur rəqs qrupu 2016 Avopa Gənclər Paytaxtı Gəncə şəhərində olacaqdır.
Qrup müxtəlif müasir və klassik amerika rəqslərini özündə birləşdirən elementlərdən ibarət rəqslər göstərəcəklər.
Giriş: Sərbəstdir
Tarix: 19 May 2016
Məkan: Gəncə Dövlət Dram Teatrı
Saat: 17:00
Qrup müxtəlif müasir və klassik amerika rəqslərini özündə birləşdirən elementlərdən ibarət rəqslər göstərəcəklər.
Giriş: Sərbəstdir
Tarix: 19 May 2016
Məkan: Gəncə Dövlət Dram Teatrı
Saat: 17:00
We are excitedly waiting for the #YouthSpeak forum of AIESEC Azerbaijan, which will be held in Ganja city. The forum will take place in the recently opened Ganja Youth Center. #AIESEC #AIESECAzerbaijan #GanjaEYC2016
Our next project from the action plan - Women on Top conference held in Ganja city on May 5th with participation of the Chairwoman of the State Committee on Family, Women and Children Affairs of Azerbaijan Republic and experts from the member organizations of the European Youth Forum. #WomenEmpowerment #GanjaEYC2016 #GenderEqualityinAZ
Project: “Women on Top” conference →
Here's the first part of the concert program for the Opening Ceremony of Ganja European Youth Capital 2016. #GanjaEYC2016 #OpeningCeremony #Ganjacity
Project: Opening of the European Youth Capital year and of the Union's office →
#GanjaEYC2016 #XazarTV #OpeningCeremony #Ganjacity
May ayının 4-ü "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimindən sonra Gənclər evinin açılışı olub və daha sonra tədbir Cavad xan küçəsində davam etdirilib. Burada "Qədim Gəncə" adlı sərgi keçirilib. Sərgidə sənətkarların əl işləri, dulusçuluq, zərgərlik məmulatları nümayiş etdirilib. Qonaqlara Gəncənin milli mətbəxi və şirniyyatları təqdim edilib. Sonra Məhsəti Gəncəvi mərkəzinin önündə Göygöl Mahnı və Rəqs Ansamblı çıxış edib. İfalar və milli rəqs nömrələri alqışlarla qarşılanıb. Dahi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlər kiçik səhnəcik formasında qonaqlara nümayiş etdirilib. Bundan sonra tədbir "Gəncəçay" Park Bulvar Kompleksində davam etdirilib. İlk öncə burada "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin açılışı olub. Açılışdan öncə havaya 2016 şar və 216 göyərçin buraxılıb. Açılışdan sonra isə "Gəncəçay" Park Bulvar Kompleksi boyu müxtəlif sərgilər, cizgi filmləri qəhrəmanlarının rəqsləri, gənc gitaristlərin ifaları, milli rəqslərimiz nümayiş etdirilib. Tədbir "Gəncə Avropa Gənclər Paytaxtı 2016" parkında sona çatıb.
Project: Opening of the European Youth Capital year and of the Union's office →
#GanjaEYC2016
#GanjaEYC2016 #OpeningCeremony
The foreign singers of Ganja EYC2016 Opening Ceremony In-Grid and Alexandra Stan
Project: Opening of the European Youth Capital year and of the Union's office →
Bu gün Heydər Əliyev mərkəzində gənclərin səbirsizliklə gözlədikləri "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin açılış mərasimi baş tutub. Açılış mərasimindən öncə ümummilli liderimiz - ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi olub. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev açıb. Daha sonra Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri cənab Əli Həsənov, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Avropa Gənclər Forumunun İdarə heyətinin üzvü Lora Todorova, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının sədri Marko Grdosiç, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, Braqa şəhərinin vitse meri Maria Do Sameiro De Macedo Araujo və Əski şəhər valisi Azim Tuna Güngör çıxış ediblər. Tədbirdə bir sıra yerli və xarici qonaqlar, həmçinin "Gəncə Avropa Gənclər Paytaxtı 2016" könüllüləri iştirak edib.
Project: Opening of the European Youth Capital year and of the Union's office →
Gəncə Beynəlxalq hava limanından qarşılanaraq Ramada Plaza otelində yerləşdirilən, "Gəncə 2016 Avropa Gənclər Paytaxtı"nın açılış mərasimində iştirak etmek üçün gəlmiş qonaqlar ve "Gəncə 2016 Avropa Gənclər Paytaxtı" könüllüləri xüsusi ayrılmış avtobuslar vasitəsilə şəhər gəzintisinə çıxarılıb. Yol boyu könüllü bələdçilər tarixi abidələr haqqında qonaqlara ətraflı məlumat veriblər. Qonaqlar ilk olaraq Məhsəti Gəncəvi mərkəzində olublar, burada qonaqlar üçün Azərbaycan xalq mahnısı "Sarı gəlin" canlı olaraq ifa olunub. Sonra qonaqlar Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, məqbərənin qarşısında yerləşən Nizami Gəncəvi mərkəzində olublar. Daha sonra qonaqlar Qala qapıları Arxeologiya və Etnoqrafiya muzeyi abidə kompleksində olub. Burada şəhər gəzintisi sona çatıb və qonaqlar Gəncəmizin şah damarı olan Göygöl Milli Parkına istirahət üçün yola düşüblər. Sonda qonaqlar yenidən otelə yola salınıb. #Ganja2016EuropeanYouthCapital
Project: Opening of the European Youth Capital year and of the Union's office →
#GanjaEYC2016 #flashmob #OpeningCeremony #eyc2016
Ready to meet our guests coming for the Opening Ceremony. #GanjaEYC2016 #OpeningCeremony #eyc2016
Project: Opening of the European Youth Capital year and of the Union's office →





















