"Gəncə Marafonu - 2017”də könüllü olmaq istəyənlərin nəzərinə!
Aşağıda qeyd olunan departamentlərdən yalnız birindən qeydiyyatdan keçə bilərsiniz.
1) Sosial Media Departamenti
2) Texniki İşlər Departamenti
3) Tədbir Təşkilatı Departamenti
https://docs.google.com/.../1FAIpQLSdjaNYVIe.…
Tebrikler Azerbaycan Tebrikler Qarabagh
#UEFA #Champions #League #MadeinAzerbaijan
"Bələdçiyəm Mən" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci qrant müsabiqəsini qaliblərindən olmuş və “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən həyata keçirilmişdir.
#newplatform #Myguide #Newproject #ARBTV #KepezTV #PR
Layihə: «Bələdçiyəm mən» onlayn turizm və bələdçilik layihəsi →
Azərbaycanda yeni platformanın və “Bələdçiyəm mən” layihəsinə yekun vuruldu
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci qrant müsabiqəsini qaliblərindən olmuş “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən həyata keçirildi.“Bələdçiyəm mən” layihəsi çərçivəsində Azərbaycanının turizim bölgələri olan Şəki, Lənkəran, Gəncə və İsmayıllı şəhərlərindən olan ümumilikdə 14 nəfər gənc bu layihəyə cəlb olunublar.
“Bələdçiyəm Mən” onlayn turizim və bələdçi xidməti layihəsi əsasən ölkənin paytaxtdan kənar turizm bölgələrini əhatə edəcək. Layihədə şəhər,rayon və kəndlərdə yaşayan gənclər bələdçilik bacarıqlarına yiyələnərək öz yaşadıqları ərazidə məşğulluqlarını təmin etmiş olacaqlar. Layihə əsasən yerli və xaricdən gələn turistlər üçün əlverişli imkanlar yaradacaq, bölgələrə səfər edən qonaqlar onlayn vasitəsilə özlərinə bələdçi seçə biləcəklər. Layihənin əsas məqsədi regionda yaşayan gəncləri bələdçilik işi ilə tanış edərək onlara bu sahədə bilik və bacarıqlar vermək, o cümlədən onların məşğulluğunu təmin etməkdir. Həmçinin yerli və əcnəbi turistlər üçün əlverişli sayt və sosial şəbəkələrdə səhfələr yaradaraq onların Azərbaycanın bölgələrində yerləşən şəhər və rayonlarda bələdçi xidmətindən rahat və sərfəli seçim imkanı əldə edəcəklər.
“Bələdçiyəm Mən” onlayn turizim və bələdçi xidməti layihəsi çərçivəsində www.myguide.az internet portalı yaradılıb. Portal imkan verəcək ki, gənc bələdçilər qeydiyyatdan keçsinlər və öz xidmətlərini yerli və xarici turistlərə təklif etsinlər. Portal vasitəsilə bələdçi xidməti göstərən şəxslər Azərbaycanın istənilən bölgəsindən portalda qeydiyyatdan keçib özləri haqqında məlumatı, əlaqə nömrələrini yerləşdirmək imkanı əldə edəcəklər. Həmçinin bələdçi xidmətindən istifadə edən turistlər bələdçiləri qiymətləndirə o cümlədən onlar haqqında rəy yazmaq imkanı əldə edəcəklər. Portalda həmçinin şirkətlərin təklif edəcəyi turlar haqqında məlumatlar o cümlədələr bələdçilərin təklif edəcəyi fərdi turlarda yer alacaq.
Layihə: «Bələdçiyəm mən» onlayn turizm və bələdçilik layihəsi →
Gəncədə yeni platformanın və 'Bələdçiyəm mən' layihəsinin açılış mərasimi olub
Layihe Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci qrant müsabiqəsinin qaliblərindən olmuş ve “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən təşkil edilib.
Layihə: «Bələdçiyəm mən» onlayn turizm və bələdçilik layihəsi →
Yay düşərgəsi üçün qeydiyyatdan keçməyə tələsin.
Layihə: «Bələdçiyəm mən» onlayn turizm və bələdçilik layihəsi →
Gəncədə “Bələdçiyəm mən” yay düşərgəsi təşkil olunacaq
Avqust ayinin 18-dən 22-dək Azərbaycanın ikinci ən böyük şəhəri və 2017-ci ilin MDB mədəniyyət paytaxtı Gəncə şəhərində “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən “Bələdçiyəm mən” onlayn turizim və bələdçilik xidməti layihəsi həyata keçiriləcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci Qrant müsabiqəsini qaliblərindən olmuş və QHT Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir. Sözügedən layihə çərçivəsində Azərbaycanının turizim bölgələri olan Şəki, Lənkəran, Gəncə və İsmayıllı şəhərlərindən olan ümumilikdə 14 nəfər gənc bu layihəyə cəlb olunacaqlar.
Layihənin əsas məqsədi regionda yaşayan gəncləri bələdçilik işi ilə tanış edərək onlara bu sahədə bilik və bacarıqlar vermək, o cümlədən onların məşğulluğunu təmin etməkdir. Həmçinin yerli və əcnəbi turistlər üçün əlverişli sayt və sosial şəbəkələrdə səhfələr yaradaraq onların Azərbaycanın bölgələrində yerləşən şəhər və rayonlarda bələdçi xidmətindən rahat və sərfəli seçim imkanı əldə edəcəklər
Qeyd edək ki, layihə Gəncə şəhəri Gənclər Evində həyata keçiriləcək və işirakçıların bütün xərclərini təşkilatçılar qarşılayacaqlar.
Hörmətlə,
Təbriz Rzayev
İctimaiyyətlə Əlaqələr üzrə Menecer və layihə koordinatoru
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi
Layihə: «Bələdçiyəm mən» onlayn turizm və bələdçilik layihəsi →
Bugün 26 İyul "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin İcraçı Direktoru Müşfiq Cəfərovun doğum günüdür. Bu münasibətlə Müşfiq müəllimi təbrik edir gələcək fəaliyyətlərində də uğurlar arzu edirik.
Hörmətlə,
"Gəncə Avropa Gənclər Paytaxtı 2016" İB-in komandası
15 iyul 2017ci il tarixində "Gəncə-Çay" Park Bulvar kompleksində "Gəncə MDB Mədəniyyət Paytaxtı - 2017" layihəsi çərçivəsində “Gəncə rənglərdə” layiləsi keçirilmişdir.
Layihə ərzində gənclər boya və karandaşlar vasitəsilə müxtəlif mövzülarda rəsmlər çəkərək(portret, mənzərə, natürmort və s.) öz baçarıqlarını nümayiş etdiriblər. İştirakçılar sertifikatlarla təltif olunublar.
Layihə rəhbəri - Hüseynova Güləbətin
StartUP ucun - Vakansiya
Gəncədə yeni yaradılmış Startap İcmasında (Startup Community) SMM və Marketinq Menecer işləri üçün (2 nəfər) təcrübəli və həvəsli gənclər axtarılır.
İşin mahiyyəti: Sosial şəbəkələrdə gündəlik məlumatlar yerləşdirmək, yeni müştəri bazası araşdırmaq, müştərilərə şirkət və xidmət haqqında ilkin məlumatlar vermək, marketinq və ictimaiyyətlə əlaqələr fəaliyyəti haqqında hesabatlar hazırlamaq, PR strategiyasının işlənib hazırlanması və reklam tədbirlərinin keçirilməsi.
Tələblər:
- Azərbaycan və İngilis dillərini bilməli
- MS Office proqramlarında işləmək qabiliyyəti olmalı
- Corel Draw programı ilə işləmək bacarığı
- Idarəetmə qabiliyyətli, məsuliyyətli olmalı
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
- Sosial şəbəkələrdə (xüsusilə instagram, facebook, web səhifəsində) işləmək bacarığı
Əlaqə üçün: 055 252 2423
hr@gaba.az