Diary

Everyday posts of the Union — moments from events, announcements and news. Posts are shown in their original language.

July 2016
Innovative Skills Hub
#ENG
The participants of the International Youth Forum. 24 young leaders from 12 different countries who are the participants of the International Youth Forum project called "Active Participation in Youth Policy" have arrived to European Youth Capital 2016 Ganja that is performed by Azerbaijan Democratic Youth Organization by the financial support of the Youth Fund Under the President of the Republic of Azerbaijan and the support of the Ministry of Youth and Sport of the Republic of Azerbaijan and Ganja City Executive Power in European Youth Capital 2016 Ganja.
#AZE
Beynəlxalq Gənclər Forumunun iştirakçıları “ Avropa Gənclər Paytaxtı - 2016” Gəncə şəhərində
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) tərəfindən gerçəkləşən “Gənclər Siyasətində Fəal İştirakşılıq” Beynəlxalq Gənclər Forumu layihəsinin iştirakçısı olan 12 ölkənin 24 gənc lideri bu gün “Avropa Gənclər Paytaxtı - 2016” Gəncə şəhərinə gəlmişlər.
Xatırladaq ki, beynəlxalq layihə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” proqramı çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri nəzərdə tutur.
Innovative Skills Hub
Call for participants!
Feel free to use this opportunity to visit Ganja city!
All expenses (travel, accommodation, transportation in the city, visa, meals) will be provided by Ganja EYC2016.
Innovative Skills Hub
#ENG
"Green Economy for the Environment" project was implemented with the support of "Youth for Development" Public Union and Azerbaijan Youth Foundation within the programme "Ganja European Youth Capital 2016 " on July 1-2, 2016.
The participants were informed about actual problems such as "Green City" concept, sustainable consumption and production and sustainable supply of renewable energy, recycling and use of waste, sustainable management of water resources, "green" transportation and infrastructure, "green" design of the city and urban planning.
"Green business" opportunities were analyzed along with examples from world’s “Green economy" in Ganja, Azerbaijan.
#AZE
1-2 iyul 2016-cı il tarixlərində Gəncə 2016 Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində "Gənclər İnkişaf Naminə" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühit naminə yaşıl iqtisadiyyat” layihəsi həyata keçirilmişdir.
“Yaşıl şəhər” konsepti, dayanıqlı istehlak və istehsal, dayanıqlı bərpaolunan enerji təminatı, tullantıların təkrar emalı və istifadəsi, su resurslarının dayanıqlı idarə olunması, “yaşıl” nəqliyyat və infrastruktur, şəhərin “yaşıl” dizaynı və şəhərləşmənin planlaşdırılması kimi aktual məsələlər barədə iştirakçılara məlumatlar verilmiş. Dünyadan “yaşıl iqtisadiyyat” nümunələri ilə yanaşı Azərbaycanda və Gəncə şəhərində “yaşıl biznes” üçün imkanlar da təhlil edilmişdir.
Innovative Skills Hub
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatçılı ilə Gəncə 2016 Avropa Gənclər Paytaxtı və Sport Me Up layihəsi çərçivəsində Billiard üzrə şəhər çempionatı keçirilib. Elxan İbrahimovun hakimlik etdiyi çempionatda iştirakçılar şəffaf oyun nümayiş etdirmişdir. Qalib gələn iştirakçılar Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, medal, diplom və digər hədiyyələrlə təltif olundular.
1-ci yer: Quliyev Tofiq
2-ci yer: Atai Bəxtiyar
3-cü yer: Həsənov Vüsal və Fərəcov Müşviq
Innovative Skills Hub
"Demokratik İslahatçı Gənclər" İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində gənc sahibkarların beynəlxalq forumu keçirilib.
Tədbiri açan birliyin idarə heyətinin sədri Vüsalə Hüseynli forumun məqsədinin Gəncənin investisiya mühiti barədə iş adamlarına geniş məlumat verərək, Azərbaycan iqtisadiyyatı və onun beynəlxalq biznes mühitinin nümayəndələrinə açıq olmasını əyani şəkildə göstərməkdən ibarət olduğunu deyib. V.Hüseynli qeyd edib ki, forumun digər bir məqsədi də Azərbaycanı turizm bölgəsi kimi təqdim etməkdir.
Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəhbəri Müşviq Cəfərov bu il Gəncənin Avropa Gənclər Paytaxtı elan olunması ilə bağlı ətraflı məlumat verib, keçirilən tədbirlər barədə danışıb.
Sonra Serbiya, Litva, Çexiya, Almaniya, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən olan iş qadınları öz təcrübələrini bölüşüb, uğur hekayələrini təqdim ediblər. Tədbirdə Gəncədən olan iş adamları da öz fəaliyyətləri barədə danışıblar.
Xatırladaq ki, forumda Avropa və MDB ölkələri də daxil olmaqla, 12 ölkənin nümayəndəsi iştirak edib.
June 2016
Innovative Skills Hub
Internation Scientific - Practical Conference "Youth Roles and Perspectives on promoting Green Economy" has started its session by the Ministry of Youth and Sport of the Republic Azerbaijan and Youth Public Union for the youth of CIS countries in Ganja European Youth Capital 2016.
#AZE
2016 Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində Gənclər və İdman Nazirliyinin, Təbiət Dostları GİB-nin təşkilatçılığı ilə MDB ölkələrinin gəncləri üçün "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktik konfrans öz işinə başladı.
The Ministry of Youth and Sport of the Republic of Azerbaijan
Təbiət Dostları • Nature Friends
Ganja European Youth Capital 2016
Innovative Skills Hub
#ENG
"Graffitti Festival" was held by the support of Ganja City Executive Power, Head Office of Youth and Sport department of Ganca City and Children's Activity Center. "Graffitti Festival" was organized according to the action plans of the Ministry of Education of the Republic of Azerbaijan for the becoming of European Youth Capital 2016 of Ganja city.
#AZE
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman baş idarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə "Graffitti Festivalı" keçirilib.
"Graffitti Festivalı" Gəncə şəhərinin 2016-cı il üçün "Avropa Gənclər Paytaxtı" seçilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq təşkil olunub. Festivala tələbələrlə yanaşı məktəblilər də qatılıb.
Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Ələkbərova bildirib ki, bu layihə Gəncə şəhərində bir ilkdir. "Graffitti Festivalı" olduqca maraqlı və rəngarəng keçib. İştirakçılar festivalda həvəslə iştirak ediblər.
Innovative Skills Hub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və "Azərbaycan Sahibkar Qadınlar" İctimai Birliyi təşkilatçılığı ilə "2016 Gəncə Avropa Gənclər Paytaxtı" proqramı çərçivəsində Ramada Plaza otelində, ölkə üzrə gənc sahibkarların istehsal etdiyi məhsulların baxış və satış sərgisi keçirilmişdir.
Innovative Skills Hub
ELAN
27 - 28 İyun 2016-cı il, tarixində, saat 10:00-da Gəncə şəhərində, Ramada Plaza otelində,2016 Gəncə Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində "Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin təşkilatçığı Azərbaycan Republikası Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi ilə "Region gənclərinin Gəncə forumu" layihəsinə müraciətlər qəbul edilir.
Müraciət üçün ad,soyad və əlaqə nömrənizi inboxa yazıb qeydiyyatdan keçə bilərsiniz.
Layihə çərçivəsində gənclərə "ictimai sektor nədir?", "gəncin cəmiyyətin inkişafında rolu?", "təşkilatlanma", "aktiv gənclərin qeyri-hökumət təşkilatlarına cəlb olunması" mövzular ətrafında müzakirələr aparılacaqdır.
Innovative Skills Hub
Bügün Gəncə şəhərində "2016 Gəncə Avropanın Gənclər Paytaxtı" proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Regional İnkişaf İctimai Birliyi tərəfdaşlığı ilə "İRƏLİ" İctimai Birliyi tərəfindən "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsi öz işinə başladı.
#AzerbaijanYouthFoundation #AzGF #IreliPublicUnion #EuropeanYouthCapitalGanja2016 #EYC2016 #Ganja #Azerbaijan
Innovative Skills Hub
"Gəncə -2016 Avropa Gənclər Paytaxtı" proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Hindistanın Azərbaycandakı səfirliyinin(India in Azerbaijan (Embassy of India, Baku) birgə təşkilatçılığı ilə dəfə olaraq Gəncə şəhərində Yoqa təlimləri keçirilib.
Innovative Skills Hub
Hörmətli gənclər təşkilatları və fəal gənclər, əgər siz könüllük sahəsində fikir və təcrübə mübadiləsi aparmağa, yeni kəşflərə hazırsınızsa, Azərbaycan Könüllük Xidməti sizi Avropanın Gənclər Paytaxtı Gəncədə 11-14 İyul, 2016-cı il tarixlərində Yay Məktəbində iştirak etməyə dəvət edir.
Təlimlər, bu sahənin peşəkarları ilə görüşlər, həmyaşıdlarınız və həmkarlarınızla xoş istirahətlə bərabər yeni təkliflər və təşəbbüslər ilə çıxış etmək sizə maraqlıdırsa, bu məktəb sizin üçündür.
Yay Məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Yay Məktəbinin məqsədi ölkənin gənclər təşkilatlarının öncül könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini, yanaşmalarını, könüllülüyün dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaqdır.
http://www.nayora.az/announcements2,134/lang,az/
Innovative Skills Hub
“International cooperation for improving agricultural sciences, food security and environmental protection”International Scientific- Practical Conference 3-4 October, 2016 Azerbaijan, Ganja Azerbaijan State Agricultural University
http://ispcasau2016.blogspot.com/
Innovative Skills Hub
2016 Gəncə Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində "Azərbaycan Gənclərinin Nailiyyəti" İctimai Birliyinin dəsətəyi ilə Gəncə şəhərində “Region gənclərinin biznes və peşəkar inkişafı” layihəsini həyata keçirmişdir.
“Region gənclərinin biznes və peşəkar inkişafı” layihəsi Azərbaycanın müxtəlif bölgələrinin peşə məktəbi və liseylərində təhsil alan region gənclərinə gələcək karyeralarında uğur qazanmaları üçün həm iqtisadi və sahibkarlıq biliklərinin, həm də peşəkar bacarıqlarının inkişafı üçün imkanlar yaradır. Layihənin məqsədi gənclərin ictimai fəallığının artırılması, peşəkar inkişaf təlimləri ilə gənclərə işgüzar fəaliyyət və sahibkarlıq səriştələrinin təhsil, karyera və xidmət sahələrində öz məqsədlərinə nail olmaq üçün tətbiq etmələrində dəstək verilməsidir. Layihədə Qəbələ və Gəncə şəhərinin peşə məktəblərində turizm və yüngül sənaye üzrə təhsil alan 15-20 yaş arası gənclərin iştirakı nəzərdə tutulub.