Diary

Everyday posts of the Union — moments from events, announcements and news. Posts are shown in their original language.

June 2016
Innovative Skills Hub
ELAN
24-27 İyun tarixlərində Ireli Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation(AzGF) dəstəyi ilə Gəncədə “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsini həyata keçirəcəkdir.
Gəncə şəhərindən bu layihədə könüllü olmaq istəyənlər AGP 2016 ofisinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Layihə benefisiarlarının 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılıb. Forum Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtının təşkilatı dəstəyi ilə həyata keçiriləcəkdir.
Innovative Skills Hub
23 İyun tarixində saat 14:00 da 2016 Avropa Gənclər paytaxtı Gəncə şəhərinin Olimpiya İdman kompleksində yoga, meditasiya və tənəffüs gimnastikası adlı təlimi baş tutacaqdır.
İştirakçı olmaq istəyənlər ofsimizə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Innovative Skills Hub
2016 Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində Gəncədə "100% Gənclər Şəhəri" beynəlxalq layihəsi həyata keçirilir.
17 iyun tarixində "100% Gənclər Şəhəri" layihəsi çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir sıra Avropa ölkəsinin nümayəndə heyəti ilə görüşüb.
Layihənin təşkilatçısı “Braqa – Avropa Gənclər Paytaxtı 2012”in nümayəndəliyidir.
Layihənin məqsədi iştirakçı ölkələrdə gənclərin inkişafı üçün yaradılmış şəraitlə tanışlıq və bunun əsasında 100 ballıq sistem üzrə həmin şəraitin qiymətləndirilməsidir. Görüşdə Valensiya, Riqa, Praqa və Varna şəhərlərinin təmsilçiləri iştirak edib.
Innovative Skills Hub
2016 Gəncə Avropa Gənclər Paytaxtında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası/ASGA - AzSlav.org İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə reallaşan “Şuşaya doğru – ShushaPost.az” saytının təqdimatı keçirilmişdir.
“şuşaya doğru- sushapost.az” lahiyəsi çərçivəsində ölkəmizə qarşı aparılan informasiya müharibəsində və Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini virtual dünyada fəal müdafiə etdiklərinə görə bir qrup gənc Sertifikatlar ilə təltif olunmuşlar.
Innovative Skills Hub
Qafqazın ən böyük 'Kitab Evi' 2016 Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində açıldı.
Qeyd edək ki, yeni açılan “Kitab evi” Qafqazın ən böyük kitab evidir. Burada 5000-ə yaxın əyani, elekton bazada isə 20 minə yaxın kitab var. İstər Azərbaycanda , istərsə də ölkənin hüdudlarından kənarda istənilən kitabı oxumaq və sifariş vermək mümkündür.
Innovative Skills Hub
Portuqaliya Səfirliyinin Müvəqqəti İşlər Vəkili Maria Joao Kardoso 'Gəncə-2016 AGP' İctimai Birliyinin sədri Elmir Vəliyev ilə görüşüb
Innovative Skills Hub
2016 Gəncə Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində Karvan Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə “Gələcəyimiz üçün ətraf mühiti qoruyaq!” adlı layihə həyata keçirir.
Layihənin məqsədi yeniyetmə və gənclərə təbiətə, ətraf mühitə qarşı diqqət və qayğı ilə yanaşma hisslərini aşılamaq və onlara gələcəyimiz üçün ətraf mühitin qorunmasının vacibliyini izah etməkdir.
Layihə 3 ay müddətinə Gəncə şəhərində icra olunacaq.
Layihəyə Gəncə şəhərində kənd ərazilərində yaşayan 15-20 yaşlı gənclər cəlb olunacaq. Gənclərin iştirakı ilə ağacəkmə aksiyaları təşkil olunacaq və ətraf mühit tullantılardan təmizlənəcək.
Innovative Skills Hub
Portuqaliya Səfirliyinin Müvəqqəti İşlər Vəkili Maria Joao Kardoso 'Gəncə-2016 AGP' İctimai Birliyinin sədri Elmir Vəliyev ilə görüşüb
Görüşdə 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhəri ilə Portuqaliyanın şəhərləri arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Elmir Vəliyev qonağı salamlayaraq ofisin fəaliyyəti haqqında ətraflı məlumat verib. Layihə çərçivəsində həyata keçirilən və ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb.
Portuqaliya Səfirliyi Müvəqqəti işlər vəkili Maria Joao Kardoso bildirib ki, bu onun Gəncə şəhərinə ilk səfəridir. Gəncə şəhəri ilə Portuqaliyanın gənclərini bağlayan amillər var. 2012-ci il Portuqlaiyanın Braqa şəhəri Avropa Gənclər Paytaxtı seçilib və 2018-ci il üçün ölkəsinin KaşKay şəhəri AGP elan edilib. Müvəqqəti İşlər Vəkili Gənclərin çoxluq təşkil etdiyi Kaşkay şəhəri ilə Gəncə şəhəri arasında əməkdaşlığın uğurlu olacağına inandığını deyib.
Daha sonra "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" ofisi ilə yaxından tanış olan Maria Joao Kardoso İctimai Birliyin fəaliyyətini yüksək qiymətləndirib.
2016-cı ildə AGP ilə bağlı həyata keçirilən layihələrdə iştirak edən gənclərə uğurlar arzulayıb.
Innovative Skills Hub
2016 Gəncə Avropa Gənclər Paytaxtı loqosu üzərində olan yeni "London Taxi"-lər Gəncə şəhərinə gətirilmilşdir.
Innovative Skills Hub
Bugun 2016 Avropa Gencler Paytaxti Gence seherinde "Avropa Seherciyi" mohtesem tedbirine her kes devetlidir.
#EuroVillage #EuropeanUnion #Azerbaijan #EuropeanYouthCapitalGanja2016
Innovative Skills Hub
"Avropa Şəhərciyi" Avropanın Gənclər Paytaxtı Gəncədə!
Əyləncə dolu bir gün üçün İyunun 11-i hər birinizi Heydər Əliyev parkında gözləyirik!
Eurovillage in the European Youth Capital Ganja!
Waiting all of you in the Haydar Aliyev park on June 11th for a full of fun day
Innovative Skills Hub
2016 Gəncə Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə şəhərimizdə ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan,gənc sahibkarların istehsal etdiyi məhsulların satışı və sərgisi keçiriləcəkdir.
Məkan: Ramada Plaza
Tarix: 15 İyun 2016
Sərgidə iştirak etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər.
https://www.facebook.com/events/851464111664937/
Innovative Skills Hub
Our volunteer ladies are ready for EuroVillage 2016 in Ganja city!
Innovative Skills Hub
2016 Avropa Gənclər paytaxtı Gəncə şəhərində "Region Gənclərinin inkişafına dəstək" Formu keçirildi.
Gəncə 2016 Avropa Gənclər paytaxtı proqramı çərçivəsində
Gənclər üçün Təhsil Mərkəzi - Gəncə Regional ofisinin təşkilatçılığı ilə baş tutan Forum Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfindən maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində reallaşdırılmışdır. Forum Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Forum öz işinə başlamışdır. Forumda giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzin Gəncə regional ofisinin direktoru Aygün Həsənzadə çıxış etmişdir. O, həyata keçirilən forumun məqsədi barədə məlumat vermiş, Azərbaycan həyata keçirilən gənclər siyasətinin region gənclərinə təsirindən və nəticələrindən danışmışdır. Qeyd etmişdir ki,Forum region gənclərinin problemlərinin araşdırılması, mövcüd imkanlarının dəyərləndirilməsi və görüləcək işlərin müzakirə edilməsi baxımından əhəmiyyətlidir.
Forumun sonunda bir qrup fəal region gəncinə diplomlar təqdim olunmuşdur.