Gündəlik

Birliyin gündəlik paylaşımları — tədbirlərdən anlar, elanlar və xəbərlər.

noyabr 2022
İnnovativ Bacarıqlar Mərkəzi
“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində #Şuşa şəhərində davamlı könüllü fəaliyyətinə cəlb olunacaq gənclərin seçilməsi üçün “Şuşa Könüllüləri” qrupuna qəbula start verilir!
Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Şuşa rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qayidish.konullu.az saytından qeydiyyatdan keçə bilər. Seçilmiş gənclərin müvafiq təlim və hazırlıqlardan sonra Şuşa şəhərində könüllü fəaliyyətinə cəlb olunması planlaşdırılır.
Son müraciət taixi: 14 noyabr 2022-ci il.
#AzGF #ganja_eyc2016
sentyabr 2022
avqust 2022
İnnovativ Bacarıqlar Mərkəzi
#Compass #compasstrainings
Daha bir səyahətin sonuna gəldik
28 avqust 2022-ci il tarixində "İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun" iştirakçılarının Yekun görüşü təşkil olundu.
“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı, Avropa Şurası Gənclər Departamenti (Council of Europe) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi-nin dəstəyilə keçirilən və Gəncə şəhərində start verilən layihə konfrans və sertifakat mərasimi ilə Gəncə Gənclər Evi /Ganja Youth House-də təşkil olunan tədbirlə yekunlaşdı.
Görüşün keçirilməsində məqsəd İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun yekun hesabat videosunu və təlimlərdə iştirak etmiş gənclərə sertifikatlarını təqdim etməkdi.
Görüşdə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin idarə heyətinin üzvü Şəhriyar Hacıyev, Birliyin sədri Sevinc Məmmədova, təlimçilər Vüsalə Hacıyeva, Hüseynxan Hacızadə və gənclər iştirak etdi, Avropa Şurasının təlimçisi Sevinc Nəbizadə isə görüşə online formatda qoşuldu. İştirakçılar təlimlərdən sonra nələr ediblər onları paylaşıdlar, çıxışçılar isə gördükləri işlərin davamı ilə bağlı iştirakçlara tövsiyyələrini verdilər, layihələr, növbəti aylarda təşkilatda olacaq dəyişiklərlə bağlı da gənclərə məlumat verildi.
Əziz Gənclər hər birinizə gələcək işlərinizdə uğurlar arzu eirik, növbəti layihlərdə görüşmək üzrə
#ganja_eyc2016 #azeyouthandsport #gəncləridmannazirliyi #CouncilofEurope
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
iyul 2022
İnnovativ Bacarıqlar Mərkəzi
Əziz dostlar, sizləri Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, bol ruzi və bərəkətli, xoşbəxtlik dolu günlər arzu edirik!
Eid Mubarak!
#QurbanBayramınızMübarək #ganja_eyc2016 #EidMubarak
İnnovativ Bacarıqlar Mərkəzi
#Compass #compasstrainings
İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun sonuncu fəalliyyəti olan Göygöl təlimləri yekun vuruldu.
Bu müddət ərzində bizimlə olan maraqlı ideyalarını, zamanlarını və enerjilərini bölüşən iştirakçılarımıza təşəkkür edirik
Təşkilatı məsələlərdə Gəncə şəhərində Gəncə Gənclər Evi /Ganja Youth House və Gəncə Gəncləri-nə, Samux şəhərində Samux Gəncləri-nə və Göygöl şəhərində Göygöl Gəncləri-nə dəstəklərindən dolayı təşəkkür edirik
Layihə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin təşkilatçılığı, Avropa Şurasının (Council of Europe) Gənclər Departamentinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi-nin dəstəyilə həyata keçirildi.
#ganja_eyc2016 #azeyouthandsport #gəncləridmannazirliyi #CouncilofEurope
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
iyun 2022
İnnovativ Bacarıqlar Mərkəzi
#Compass Göygöldə
27 iyun tarixində İnsan Hüquqları Təhsili üzrə KOMPAS milli təlim kursunun Göygöl fəaliyyətinə start verildi.
Təlimlərin ilk günündə iştirakçılar "Gənclər işi və Gənclər siyasəti" anlayışları ilə tanış oldular.
#ganja_eyc2016 #gəncləridmannazirliyi #CouncilofEurope #compasstrainings #azeyouthandsport
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
İnnovativ Bacarıqlar Mərkəzi
15 İyun Milli Qurtuluş Gününüz Mübarək!
#MilliQurtuluşGünü #ganja_eyc2016 #15İyun
İnnovativ Bacarıqlar Mərkəzi
#COMPASS təlimlərinin Göygöl mərhələsi üçün gənclərin qəbulu elan olunur!!!
Təlimlər haqqında
Göygöl rayonu : 27-30 Iyun , 2022
Saat: 10:00- 17:00
Məkan : Gənclərin Karyera və İnkişaf Mərkəzi Göygöl nümayəndəliyi
SON MÜRACİƏT TARİXİ: 24 İyun , 2022
Seçim tarixi: 25 İyun, 2022
Təlimləri uğurla bitirən gənclər Avropa Şurası və Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyi tərəfindən sertifikatla təltif olunacaqlar.

Qeydiyyat linki: shorturl.at/epzGW
#Compass #ganja_eyc2016 #gəncləridmannazirliyi #councilofeurope
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →