Gündəlik

Birliyin gündəlik paylaşımları — tədbirlərdən anlar, elanlar və xəbərlər.

iyun 2022
İnnovativ Bacarıqlar Mərkəzi
İnsan Hüquqları Təhsili üzrə #KOMPAS milli təlim kursunun Samux təlimlərinə təlimçilərimiz Sevinc Nəbizadə, Vüsalə Hacıyeva və Hüseynxan Hacızadə ilə 6- iyun tarixində start verdik.
6-9 İyun tarixlərini əhatə edən təlimlər Gənclərin Karyera və İnkişaf Mərkəzinin Samux nümayəndəliyində təşkil olunur. Təlimlərin ilk günü gənclər Azərbaycanda və Avropa Şurasında gənclər işi və gənclər siyasətinin əsas anlayışları ilə tanış oldular.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamentinin dəstəyi, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
#ganja_eyc2016 #gəncləridmannazirliyi #compasstrainings #councilofeurope
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
İnnovativ Bacarıqlar Mərkəzi
1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca dostlarımızı təbrik edirik.
#happychildrensday2022 #ganja_eyc2016
may 2022
İnnovativ Bacarıqlar Mərkəzi
#COMPASS təlimlərinin Samux mərhələsi üçün gənclərin qəbulu elan olunur!!!
Təlimlər haqqında
Samux rayonu : 6-9 Iyun , 2022
Saat: 10:00- 17:00
Məkan : Gənclərin Karyera və İnkişaf Mərkəzi Samux nümayəndəliyi
SON MÜRACİƏT TARİXİ: 3 İyun , 2022
Seçim tarixi: 4 İyun, 2022
Təlimləri uğurla bitirən gənclər Avropa Şurası və Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyi tərəfindən sertifikatla təltif olunacaqlar.

Qeydiyyat linki: shorturl.at/esuO2
#Compass #ganja_eyc2016 #gəncləridmannazirliyi #councilofeurope
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
İnnovativ Bacarıqlar Mərkəzi
26 May #Compass Milli Təlim Kursunun ikinci günü təlimçilərimiz Vusale Haciyeva, Sevinc Nebizade və Huseynkhan Hajizadanın sessiyalarında gənclər "Gənclərin iştirakının əhəmiyyəti, Gənclərlə işdə Avropa Şurasının yanaşması" mövzuları haqqında məlumatlar əldə etdilər.
#councilofeurope #ganja_eyc2016 #GənclərİdmanNazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Council of Europe
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
İnnovativ Bacarıqlar Mərkəzi
#Compass təlimlərinin Gəncə üzrə fəaliyyətinə start verildi!!!
25 May 2022-ci il tarixində baş tutan təlimlərin açılış hissəsində Avropa Şurasının Məşvərət Şurasının üzvü Məryəm Məcidova, Gəncə Gənclər Evi /Ganja Youth House-nin direktoru Amil Qurbanov, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Sevinc Məmmədova və gənclər iştirak etdi.
Avropa Şurası(Council of Europe) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə KOMPAS Gənclər ilə İnsan Hüquqları Təhsili üzrə Milli Təlim Kurslarının Gəncə üzrə fəaliyyətlərinin ilk günündə gənclər Avropa Şurası və onun fəaliyyəti, Gənclər işi və Gənclər siyasəti haqqında məlumat əldə etdilər. Təlimlər qeyri-formal təhsil metodları əsasında keçirilir.
#Compass #ganja_eyc2016 #gəncləridman #councilofeurope
"
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
İnnovativ Bacarıqlar Mərkəzi
Gənclər möhtəşəm bir layihə sizləri gözləyir!!!
Avropa Şurası (Council of Europe) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə Kompas Milli Təlim Kursu çərçivəsində təşkil olunan İnsan Hüquqları Təhsili təlimlərinin Gəncə mərhələsi üçün iştirakçıların qəbulunu elan olunur!
Layihə Gəncə, Samux, Göygöl şəhərlərini əhatə edən 3 mərhələli təlim kursundan ibarətdir. İlkin olaraq Gəncə təlimləri üçün iştirakçıların seçimi başlayır, növbəti mərhələ Samux və Göygöl gəncləri üçün olacaq.

Samux və Göygöl gəncləri izləmədə qalın, tezliklə qeydiyyat üçün elan paylaşılacaq!!!
Gəncə şəhəri üzrə:
Tarixlər: 25-28 May 2022
Saat: 10:00- 17:00
Məkan: Gəncə Gənclər Evi
SON MÜRACİƏT TARİXİ: 23 MAY 2022, saat 22:00
Qeydiyyat linki: shorturl.at/tKPW0
#ganja_eyc2016 #councilofeurope #azeyouthandsport #Gənclərİdman #compasstrainings
Layihə: KOMPAS — İnsan Hüquqları Təhsili üzrə milli təlim kursu →
İnnovativ Bacarıqlar Mərkəzi
Ramazan bayramınız mübarək!
Eid Mubarak!
#ganja_eyc2016 #HappyRamadan
mart 2022
İnnovativ Bacarıqlar Mərkəzi
Baharın evlərinizə bolluq, bərəkət gətirməsini arzu edirik. Novruz Bayramınız Mübarək! Happy Novruz!
#novruzbayramı #happyholidays #ganja_eyc2016
İnnovativ Bacarıqlar Mərkəzi
Əziz xanımlar, hər gününüz özəl və gözəl olsun!
Happy International Women`s Day dear women!
#ganja_eyc2016 #strongwomen #strongsociety
fevral 2022
İnnovativ Bacarıqlar Mərkəzi
"Vətən Müharibəsi Fotoqrafların Gözü ilə" layihəsinin yekun mərhələsində region gənclərinə "Azad olunmuş ərazilərə qayıdış və Konfliktlərin idarə olunması" seminarı təşkil olundu.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə keçirilən seminarın məqsədi azad olunmuş ərazilərdə yaşayışın bərpa olunmasından sonra birgə yaşayışdan doğa biləcək hər hansı münaqişə qarşısında milli və dövlət mövqeyindən çıxış edərək doğru addımların atılması və konfliktlərin idarə olunmasına dair gənclərin biliklərinin artırılmasıdır.
#ganja_eyc2016 #youthfund #PatrioticWarThroughTheEyesofPhotographers #gənclərfondu
Layihə: «Vətən Müharibəsi Fotoqrafların Gözü ilə» →
İnnovativ Bacarıqlar Mərkəzi
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə layihə çərçivəsində 27 yanvar tarixində gənc fotoqrafların Şuşa, Ağdam, Tərtər, Füzuli və Gəncə şəhərlərində çəkdikləri fotolardan ibarət “Vətən müharibəsi fotoqrafların gözü ilə” adlı Məhsəti Gəncəvi mərkəzində sərgi təşkil olundu.
#ganja_eyc2016 #youthfund #PatrioticWarThroughTheEyesofPhotographers
Layihə: «Vətən Müharibəsi Fotoqrafların Gözü ilə» →
İnnovativ Bacarıqlar Mərkəzi
“Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində 26 yanvar tarixində Gəncə şəhərində raket hücumuna məruz qalmış ərazilərdə səfər təşkil olundu. Hücum zamanı həyatlarını itirmiş dinc şəhər sakinlərinin xatirəsi yad edildi.
“Vətən müharibəsi” zamanı Gəncə şəhəri 2020-ci ilin oktyabr ayında 5 dəfə ayrı –ayrı zamanlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən raket zərbələri ilə bombalanmışdı. Raket hücumları nəticəsində 27 mülki şəxs şəhid olmuş və 175 nəfər isə yaralanmışdı.
#ganja_eyc2016 #youthfund #PatrioticWarThroughTheEyesofPhotographers
Layihə: «Vətən Müharibəsi Fotoqrafların Gözü ilə» →