Layihələrimiz
2023

Sosial Media Marketinq (SMM) təlim kursu
Gənclər üçün sıfırdan irəli səviyyəyə qədər 7 dərslik SMM kursu.

«Dayanıqlı Turizmdə Gənclər Şəbəkəsinin Yaradılması üçün Təlim Kursu»
Gənclər üçün dayanıqlı turizm mövzusunda qeyri-formal təhsil metodları ilə təlim və tarixi yerlərə səfər.
2021

«Vətən Müharibəsi Fotoqrafların Gözü ilə»
Yerli və xarici fotoqraflar işğaldan azad olunmuş və müharibədən zərər çəkmiş əraziləri lentə aldı; Gəncədə sərgi və seminar.

«90-lar Yeni il Partisi»
Birliyin gənclər üçün təşkil etdiyi 90-lar üslubunda Yeni il gecəsi.
2016

Avropa Gənclər Paytaxtı ilinin bağlanışı və titulun Varnaya təhvili
Paytaxt ilinin bağlanış mərasimi və titulun rəmzi açarının 2017-ci il paytaxtı Varnaya təqdimi.

Avropa Gənclər Festivalı — Gəncə 2016
20-dən çox ölkədən 80-ə yaxın nümayəndənin qatıldığı beynəlxalq gənclər festivalı.

Beynəlxalq Gənclər Günü gecəsi — 2016
30 ölkədən 300 gəncin iştirakı ilə Beynəlxalq Gənclər Günü gecəsi.

«İcmanın inkişafında gənclərin rolu» beynəlxalq təlim kursu
11 Avropa ölkəsindən 16 iştirakçı kənd yerlərində yaşayan gənclərin problemlərini müzakirə etdi.

İnsan hüquqlarının müdafiəsi mövzusunda dəyirmi masa
18 iyun İnsan Hüquqlarının Müdafiəsi Günü çərçivəsində gənclərlə dəyirmi masa.
«Women on Top» konfransı
Qadınların imkanlarının genişləndirilməsinə həsr olunmuş konfrans — fəaliyyət planının növbəti layihəsi.

Avropa Gənclər Paytaxtı ilinin açılışı və Birliyin ofisinin açılışı
Avropadan gələn qonaqların qarşılanması, rəsmi açılış mərasimi və Birliyin ofisinin açılışı.

45 saylı xüsusi məktəbin aktivləşdirilməsi
Əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 45 saylı xüsusi məktəbdə təhsil alan yeniyetmələrə dəstək layihəsi.

Media Məktəbi
Gəncə AGP 2016 media könüllüləri üçün onlayn təşviq və kampaniya alətləri üzrə təlim kursu.

Gəncə AGP 2016 Qış Məktəbi
Yeni gəncləri gənclər işinə cəlb etmək və onlara könüllülüyün önəmini öyrətmək üçün qış məktəbi.
2015

«Gəncə-2016 Avropalı Gənc Yazarların Hekayələrində»
Avropanın 13 ölkəsindən 15 gənc jurnalist və yazar Gəncə haqqında hekayələr yazdı.

«Gəncə Avropalı Gənclərin Gözü ilə» sərgiləri Avropa şəhərlərində
Foto müsabiqəsinin iştirakçıları Gəncə fotolarını öz ölkələrində sərgilərlə təqdim etdilər.

«Gəncə Avropalı Gənclərin Gözü ilə» beynəlxalq foto müsabiqəsi
Avropanın 15 ölkəsindən gənc fotoqrafların Gəncəni və onun gənclərini lentə aldığı altı günlük foto müsabiqə.

«Cluj Never Sleeps» dəstək aksiyası
2015-ci il Avropa Gənclər Paytaxtı Kluj-Napokanın «Cluj Never Sleeps» təşəbbüsünə dəstək.

Könüllülük Akademiyası və «KönüllüSən»
Avropa Gənclər Paytaxtı ili üçün könüllülərin seçilməsi və hazırlanması: akademiya, təlimlər, şəhər bələdçiləri.

«Gəncə — 2016 Avropa Gənclər Paytaxtı»
Birliyin yaradılmasına səbəb olan əsas layihə: Gəncənin Avropa Gənclər Paytaxtı ilinin təşkili və koordinasiyası.
2014

Layihə yazma təlimi
Tələbələr və layihələrlə maraqlanan gənclər üçün layihə yazma təlimi.

Avropa Gənclər Paytaxtları Şəbəkəsinin Gəncə görüşü
Avropa Gənclər Paytaxtları Şəbəkəsi və Avropa Gənclər Forumunun rəhbərliyi Gəncədə görüş keçirdi.

«Mənim tolerant şəhərim» təlimi
Avropa Gənclər Paytaxtının 5 prioritetindən biri olan sosial birliyə həsr olunmuş təlim.

«Gəncə Gənclər Şəhəri» şəhər festivalı
Beynəlxalq Gənclər Günü münasibətilə Gəncədə ilk dəfə keçirilən şəhər festivalı.

Gəncənin beynəlxalq tədbirlərdə təqdimatı (2014–2016)
Birliyin nümayəndələri Gəncə Avropa Gənclər Paytaxtı 2016-nı Avropanın müxtəlif tədbirlərində təqdim etdi.
2013

Gənclər üçün Rap konserti
Avropa Gənclər Paytaxtı kampaniyası çərçivəsində gənclər üçün pulsuz hip-hop konserti.

Beynəlxalq Gənclər Günü festivalı və fotosərgi — 2013
Gəncə gənclərinin Beynəlxalq Gənclər Gününü qeyd etdiyi festival və ardınca keçirilən fotosərgi.

«Connecting Disconnections» küçə sənəti aksiyaları
Gəncə küçələrində və Spartak stadionunda gənclərin asfalt üzərində ideyalarını çəkdiyi küçə sənəti aksiyaları.

«Youth Employment Connection» beynəlxalq forumu
Gənclərin məşğulluğuna həsr olunmuş forum — kampaniya çərçivəsində, komitənin dəstəyi ilə.

«The Capacity Building» təlim kursu
Avropa Gənclər Paytaxtı mövzusunda gənclər üçün üç günlük bacarıq artırma təlimi.

Gəncənin YO!Fest 2013 festivalında təqdimatı (Brüssel)
Namizədlik komitəsi Avropa Gənclər Həftəsi çərçivəsində YO!Fest-də Gəncəni namizəd şəhər kimi təqdim etdi.

«Gəncə — Avropa Gənclər Paytaxtı 2016» namizədlik kampaniyası
Gəncənin Avropa Gənclər Paytaxtı 2016 titulunu qazanması üçün gənclər komitəsinin bir il davam edən kampaniyası.


